Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN Qubada baş verən qətliam kimi qəza barədə məlumat yaydı

© Sputnik / Rahim MammadovGoranboyda ölümlə nəticələnən qəza
Goranboyda ölümlə nəticələnən qəza - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Abunə olmaq
Maşında olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Xəstəxanaya çatdırılan iki nəfər yaralıdan birinin həyatını da xilas etmək mümkün olmayıb.
BAKI, 17 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyi Qubada baş verən qəza barədə məlumat yayıb.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ 2107” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
İlkin ehtimala görə qəzaya səbəb havanın dumanlı olmasıdır. Avtomobili K. Allahverdiyevin idarə edirmiş.
Avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını da xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0