Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Səbail"-"Keşlə" və "Qəbələ"–"Zirə" oyunlarına hakimlər təyin olunublar

© REUTERS / Carl Recine LivepicAvro-2016 futbol turnirinin rəsmi topu
Avro-2016 futbol turnirinin rəsmi topu - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Altı turdan sonra "Qəbələ"nin və "Zirə"nin aktivində 11 xalı var. "Qırmızı-qaralar" 3-cü, "qartallar" isə 4-cü sırada qərarlaşıblar.
BAKI, 16 oktyabr — Sputnik. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Səbail" - "Keşlə" və "Qəbələ" – "Zirə" oyunları üçün hakim təyinatları açıqlanıb.
Sputnik Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, "Səbail" – "Keşlə" oyununu Rauf Cabarov, "Qəbələ" – "Zirə" matçını isə Əliyar Ağayev idarə edəcəklər. Qeyd edək ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Səbail" və "Keşlə" hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. Meydan sahibləri 6 xalla 6-cı, rəqibindən iki xal az toplayan qonaqlar isə 7-ci pillədə yer alıblar.
Komandalar indiyədək ölkə çempionatında 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv, 4-də isə Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanıb. Dörd oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "dənizçilər"in üstünlüyü var - 17:13. "Keşlə" son 7 oyunda yalnız bir qələbə qazanıb. "Səbail"in son 3 ev matçı heç-heçə ilə nəticələnib.
Altı turdan sonra "Qəbələ"nin və "Zirə"nin aktivində 11 xalı var. "Qırmızı-qaralar" 3-cü, "qartallar" isə 4-cü sırada qərarlaşıblar.
İki komanda arasında bunadək baş tutmuş 23 çempionat oyununda əyalət təmsilçisi 7, paytaxt klubu 5 qələbə qazanıb. On bir qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də meydan sahiblərinin xeyrinədir – 26:20. Son 4 görüşün üçündə heç-heçə qeydə alınıb. "Qəbələ" son 9 ev matçında rəqibinə uduzmayıb.
Altı turdan sonra turnir cədvəlinə 14 xalla "Qarabağ" klubu başçılıq edir. Bir xal az toplayan olan "Neftçi" ikinci, 11 xalı olan "Qəbələ" və "Zirə" isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (7), "Səbail" (6), "Keşlə" (4) və "Sabah" (1) klubları qərarlaşıblar.
Xəbər lenti
0