https://sputnik.az/20211016/bahalasan-erzaq-mehsullari---siyahi-434274971.html
Bahalaşan ərzaq məhsulları - Siyahı
Bahalaşan ərzaq məhsulları - Siyahı
Sputnik Azərbaycan
Bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6 faiz artıb. 16.10.2021, Sputnik Azərbaycan
2021-10-16T11:15+0400
2021-10-16T11:15+0400
2021-10-16T11:15+0400
iqtisadiyyat
qiymət
ərzaq
artım
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426234423_0:167:3051:1883_1920x0_80_0_0_c76c0541e64daa95484ca3bec9ee3b8a.jpg
BAKI, 16 oktyabr — Sputnik. 2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz təşkil edib.2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 faiz təşkil edib.Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426234423_160:0:2891:2048_1920x0_80_0_0_4b2b0747d393ff72129e2b51808757b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qiymət, ərzaq, artım, azərbaycan
qiymət, ərzaq, artım, azərbaycan
Bahalaşan ərzaq məhsulları - Siyahı
Bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6 faiz artıb.
BAKI, 16 oktyabr — Sputnik. 2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz təşkil edib.
2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 faiz təşkil edib.
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.