QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Vətən candan şirindir" deyib şəhid olan Murov fatehi torpağa verildi

© Sputnik / Rahim MammadovNəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib
Nəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Düz 372 gün sonra nəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib.
BAKI, 14 oktyabr — Sputnik. Vətən müharibəsinin qalibləri sırasında onun da adı var - İxtiyar İlqar oğlu Əliyev. 1994-cü ilin 6 iyulunda Goranboyun Goranlı kəndində doğulub.
Əliyevlərin ortancıl övladı olan İxtiyar, kiçik yaşlarından hərbiyə həvəsli olub. Azərbaycan ordusunun giziri 22 yaşında olarkən Aprel döyüşlərində iştirak edib. 27 sentyabr Vətən müharibəsi başlayanda isə Suqovuşan istiqamətindən döyüşlərə qatılaraq Murov yüksəkliyinə qədər döyüş yolu keçib. Oktyabrın 3-də ağır döyüşlərin birində yaralanan Murov fatehi xəstəxanada həkimlərə 1 gün belə qala bilməyəcəyini deyərək yenidən döyüşə yollanıb.
© Sputnik / Rahim MammadovNəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib
Nəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Nəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib
Atası İlqar Əliyev oğlu ilə sonuncu dəfə 2020-ci ilin 4 oktyabrında görüşüb. İxtiyar atasına "mən hərbçi yoldaşlarımın yanına qayıtmalıyam,Vətən candan şirindi" deyib.
İlqar Əliyev deyir ki, İxtiyar Aprel döyüşlərində də iştirak etmişdi, təcrübəsi vardı. Vətən müharibəsində yaralansa da, xəstəxanada yatmaq istəməyib və yenidən döyüşə yollanıb:
© Sputnik / Rahim MammadovNəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib
Nəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Nəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib

"Komandirinə, həkimlərinə bildirib ki, sağlamdır, mütləq döyüşə getməlidir. Naftalan şəhərində yerləşən xəstəxanaya aparılan zaman yolda Təcili yardım maşınından düşüb,başqa maşına minərək Ballıqaya istiqamətinə, oradan da "951" yüksəkliyinə qalxıb. Oktyabrın 6-da şəhidlik zirvəsinə yüksəlib. Çox vətənpərvər, qorxmaz, igid bir övlad idi. Öz aramızda söhbət edəndə deyirdi ki, "mən torpaqlarımız işğalda olduğuna görə utanıram". Onun bir sözü heç yadımdam çıxmır. Deyirdi ki, "vətən candan şirindri, işğaldakı torpaqları azad etməliyik". Dediyi kimi də oldu, oğlum arzusuna çatdı. Özü də ən uca zirvəyə yüksəldi."

Vətən müharibəsində itkin düşən 7 hərbçidən biri olan gizir İxtiyar İlqar oğlu Əliyevin meyiti ötən gün tapılaraq şəxsiyyəti müəyyən edilib. Onun nəşi bu gün ailəsinə təhvil verilib.
© Sputnik / Rahim MammadovŞəhidin atasi Ilqar əliyev və qardaşı Vüqar Əliyev
Nəşi tapılan İxtiyar Əliyev Goranboyun Goranlı kəndində dəfn edilib - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Şəhidin atasi Ilqar əliyev və qardaşı Vüqar Əliyev
Şəhid doğulduğu Goranlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev, rayon ictimaiyyətinin nümayəndləri, şəhidin doğmaları, kənd sakinləri iştirak ediblər.
Xəbər lenti
0