Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Sosial şəbəkələrin "ölü canları": qəribə düzənə adekvat cavab

CC0 / Coffee / NetworkingSosial şəbəkələr
Sosial şəbəkələr - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Real həyatda olan yalan və digər mənfi tərəfləri virtual məkana transfer edib yaşayırıq.
Hər bir aktiv sosial media istifadəçisinə dayanmadan yüzlərlə dostluq təklifi gəlir. Bilmirsən, bu şəbəkənin alqoritminə görə olur, ya bu insanlar doğrudan da səninlə dostlaşmaq istəyirlər. Feyk akkauntlar da başdan aşır, birindən qaçırsan, digərindən təklif gəlir. Şəxsi mesencerə yazan da az deyil.
“Xahiş edirəm, normal ingilis dilində cavab yaz”
Biri “Hi” yazır, digəri “Hello”. “Itz Faith”, “Mary James Akpan”, “Ugom Godwin”, “Okeiyi Tina”, “Joy Antony” kimi ad və soyadının səslənməsi çətinlik doğuran şəxslərdən dostuq təklifi gəlir, ardınca “How are you doing”, “Bonjour”, “Hi dear” yazırlar.
Əllərində smartfon tutan yeniyetmələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
CƏMİYYƏT
Sosial şəbəkə asılılığından tədricən qurtulmaq lazımdır - psixoloqlar SOS siqnalı verdilər
Bir xanım Qazaxıstandan rus dilində yazmışdı. Deyir, qazaxam, satıcı işləyirəm, ayaqqabı satıram. Mən də yazdım, jurnalistəm, xəbər alıb-satıram. Bununla da söhbət bitdi demək olar. Türkiyədən bir başqası da yazmışdı, nəsə soruşurdu, maraqlanırdı, sonda “seksi sevirsənmi” yazandan sonra cavabsız qoydum. Bəzən kimsə ingiliscə “Hi” yazanda cavabında “salam”, “How are you doing” sualına isə “anlamadım” yazıram. Hətta belə yanaşmadan inciyən də olur, “Yes pls speak correct english” kimi irad tuturlar. Yəni “xahiş edirəm, normal ingilis dilində cavab yaz” deyirlər. Cavabında “yaxşıyam” yazıram.
“Itz Faith” adlı bir şəxslə nədən danışaq axı?
Deyirlər, internet insanları birləşdirir. Yəni bu gün dünyanın hər hansı nöqtəsində məskunlaşan insanla münasibət qurmaq asanlaşıb. 30-40 il öncə başqa bir ölkədə yaşayan şəxslə tanış olmaq üçün nə qədər çətinliklə üzləşərdik. Xüsusi klublar vardı, oraya müraciət edirdin, sənə kiminsə ünvanı verilirdi. Məsələn, ingilis dilini təkmilləşdirmək istəyən vətəndaş həmin dildə başqa ölkəyə məktub yazardı. Yaponiyada rus dili öyrənən xanımlar da rus dilində məktub yazardılar. O illərdə Yuki adlı bir yapon qızı ilə yazışmışıq da. Amma bu gün belə tanışlıq əlaqəsi qurmaq əlçatan olub, insanı şəbəkədə tapıb birbaşa müraciət etmək olar. Amma bunun bir mənası varmı?
“Itz Faith” adlı bir şəxslə nədən danışaq axı? Kimliyi bilinmir, deyəsən, Afrikada yaşayır. Özü də bu ifadəni şəbəkədə axtarışa versək, haradasa onlarla ad sıxacaq. Yəqin, bizdəki Məmmədov kimi yayılmış bir soyaddır. Bu tip insanların profilində heç nə yoxdur, nə işlə məşğul olduğu, ya harada yaşadığı da bilinmir. Uzaqbaşı bir-iki fotosu olar, ya olmaz. Özü də feyk olduğunu təyin etmək də olmur. Sadəcə özü barədə heç nə bildirməyib.
Bu “ölü canlar” sosial şəbəkədə yaşayırlar
Hər birimizin dostluğunda şəxsən tanımadığımız, bilmədiyimiz insan var, amma ən azı bir çoxunun mövcudluğuna şübhə etmirik. Bir xeyli təklifi də bilmirik qəbul edək, ya yox? Hansısa bir “Qərənfil Məmmədli”dən dostluq təklifi gələndə əvvəlcə həmin şəxsin profilini nəzərdən keçiririk. Nə fotosu var, nə peşəsi və ailəsi barədə məlumat. Bomboş profildir, heç ad və soyadını belə adam kimi yazmır. Düşünürsən, bu insanın dostluğunu niyə qəbul edim?
Иконки Facebook, Twitter, Instagram, WhatsApp на экране смартфона - Sputnik Azərbaycan, 1920, 07.05.2021
CƏMİYYƏT
"Whatsapp"a tamam, yoxsa davam - sosial şəbəkəyə hansı məlumatlarımız lazımdır?
Çox qəribə bir düzən yaranıb sosial şəbəkədə. Feyk profillərlə yanaşı, bir xeyli feyk profilə bənzər akkaunt da var. Biri üzünü örtüb, digəri işini gizlədir, amma dostluq yollayır. Belə də yaşayırıq, dostluq etmək istəyirik, amma kimliyimizi gizlədirik. İstəyir Asiyada, istəyir Azərbaycanda yaşamağından asılı olmayaraq bu “ölü canlar” sosial şəbəkədə yaşayırlar. Həm ölüdür, həm də canlı, nə ölən kimi ölür, nə də yaşayan kimi yaşayır.
Hər iki tərəf saxta profil yaradıb oyun oynamaqla məşğuldur
Elə olur, kiminləsə üz-üzə gələndə deyirsən, bir dostluq təklifi yolla, cavabında “yollamışam, amma qəbul etməmisən" eşidirsən. Axı necə qəbul edəsən? Kimdir, nəçidir - bilinmir. Biləndən sonra, bəlkə, qəbul edərsən, amma ad və soyad doğru verilmir deyə həmin şəxsi mütləq unudacaqsan, axtaranda da tapa bilməyəcəksən. Bu da danılmaz bir həqiqətdir.
Sosial şəbəkədə hər cür adam, profil var. Fotosunu, adını, vəzifəsini gizlədən çoxdur. Gənc qızlar deyir, ədəbsiz tanışlıq təklifi çox gəlir, fotomuzu oğurlayıb başqa cür istifadə edirlər, nə bilim, qohum-əqrəba yaxşı baxmır. Özünə əmin olmayan oğlanlar isə saxta profil düzəldib hansısa qızla tanışlıq etməyə cəhd edirlər.
Иконка приложения Facebook на экране смартфона - Sputnik Azərbaycan, 1920, 09.10.2020
SİYASƏT
Vicdanlı vətəndaş sosial şəbəkələrdən xeyirxah məqsəd üçün istifadə etməlidir - deputat
“Arşın mal alan”ın baş qəhrəmanı tacir Əsgər 100 il öncə özünə sevgili tapmaq üçün qapı-qapı düşüb gəzərdisə, bu gün hər iki tərəf saxta profil yaradıb oyun oynamaqla məşğuldur. Böyük bir illüzionda yaşayıb səhrada balıq tutmaq istəyən şəxsə bənzəyirlər. Necə həyatda yalan danışırıq, xam xəyala düşürük, nəyisə gizlədirik, sosial mediada da eyni modeli qurmağa çalışırıq. Tunis, Misir kimi uzaq ölkədən ingilis, fransız dilində Azərbaycana salam göndərən xanımlar heç olmasa həyatda mövcud olan birisini seçirlər. Sadəcə, cavabında Azərbaycan dilində “yaxşıyam, şükür” ifadəsini həzm etmək bir qədər çətindir.
Real həyatda olan yalan və digər mənfi tərəfləri virtual məkana transfer edib beləcə yaşayırıq.
Xəbər lenti
0