Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Liviya və Qazaxıstandan heyvan və quş məhsullarının idxalına məhdudiyyət qoyulub

© AFP 2023 / GEOFFROY VAN DER HASSELTƏt dükanı, arxiv şəkli
Ət dükanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviyadan və Qazaxıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib
BAKI, 14 oktyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Spunik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Liviyanın Əl Cəbal əl Qərbi, Ən Nuqat əl Xəms, Əl Cifara və Az Zəviyyə inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Qazaxıstanın Aqtöbe vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən xırdabuynuzlu heyvanların, onlara aid ət, sümük unu, süd və süd məhsulları, dəri, yun, tük və genetik materialların, o cümlədən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviyadan və Qazaxıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Xəbər lenti
0