Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yevlaxda 20 yaşlı gənc yol qəzasının qurbanı oldu

© Sputnik / Rahim MammadovYevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb
Yevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Varvara kəndində baş verən hadisədə 3 nəfərdə müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
BAKI, 13 oktyabr — Sputnik. Yevlaxda VAZ 2106 markalı avtomobil qəzaya düşüb. Hadisə rayonun Varvara kəndində baş verib. Sputnik Azərbaycan xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı 20 yaşlı Cəfər Səfərov dünyasını dəyişib.
© Sputnik / Rahim MammadovYevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb
Yevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Yevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb
Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb, rayon sakini yolda vəfat edib. Avtomobildə olan digər 3 nəfər Əhməd Əhmədli, Sənani Bəşirov və Sədrəddin Civəzadə hadisə baş verən əraziyə daha yaxın olan Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.
© Sputnik / Rahim MammadovYevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb
Yevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Yevlaxda “VAZ 21-06” markalı avtomobil qəzaya düşüb
Qeyd edək ki, ağır qəza zamanı minik maşını əvvəlcə yol kənarında beton dirəklərə çırpılıb, ardından isə dərəyə aşıb. Zərbənin gücündən “VAZ 2106”-ı deformasiyaya uğrayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Xəbər lenti
0