QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb

© Photo : APAŞəhidin dəfn mərasimi
Şəhidin dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Gizir Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
BAKI, 13 oktyabr - Sputnik. Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.
Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!
Xəbər lenti
0