Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Aİ arasında peyvənd sertifikatlarının tanınması ilə bağlı görüş keçirilib

© AFP 2023 / KIRILL KUDRYAVTSEVВакцина Sputnik V, фото из архива
Вакцина Sputnik V, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Koronavirusa qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınması məqsədilə məsləhətləşmələr keçirəcəklər.
BAKI, 13 oktyabr — Sputnik. Rusiya və Avropa İttifaqı (Aİ) arasında koronavirusa qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınması mövzusunda növbəti görüş keçirilib. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya ilə Avropa İttifaqı arasında peyvənd sertifikatlarının qarşılıqlı tanınması məsələsi ilə bağlı danışıqlar prosesi davam edir. Rusiya Səhiyyə Nazirliyi və Avropa İttifaqı nümayəndələri arasında virtual formatda növbəti işgüzar görüş baş tutub", - deyə məlumatda qeyd edilib.

Məlumata görə, Rusiya və Aİ koronavirusa qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınması məqsədilə əsas parametrlərin razılaşdırılması üçün ekspertlər səviyyəsində bir sıra məsləhətləşmələr keçirəcəklər:

"Görüş zamanı tərəflərin növbəti birgə addımları qeyd olunub. Bura peyvənd sertifikatlarının qarşılıqlı tanınmasının əsas hüquqi və texniki parametrlərinin razılaşdırılması üçün bir sıra ekspert məsləhətləşmələri daxildir".

Mətbuat xidmətindən verilən məlumata görə, sentyabr ayında Rusiya Səhiyyə Nazirliyi Avropa tərəfinin əvvəlki görüşdə tələb etdiyi sənədləri Aİ Nümayəndəliyinə göndərib.

"Sertifikatların qarşılıqlı tanınması üzrə iş Rusiya vətəndaşlarının Aİ ərazilərinə və əksinə hərəkət etməsinə mane olan maneələri aradan qaldırmaqdır. Bu mövzuda ikitərəfli məsləhətləşmələr davam edəcək", - deyə nazirlikdən bildirilib.

Xəbər lenti
0