Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Prezident Bakıda yolların yenidən qurulmasına 2,6 milyon manat ayırıb

© Azerbaijan Highway State AgencyYolda təmir
Yolda təmir - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
BAKI, 13 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Xəbər lenti
0