Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanlı nazir “Rusiya Enerji Həftəsi”ndə iştirak edir

© Sputnik / Murad OrujovPərviz Şahbazov
Pərviz Şahbazov  - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə Rusiyaya səfər edib.
Bu barədə Sputnik Azərbaycan Energetika Nazirliyinə istinadən məlumat verir.
13-15 oktyabr tarixlərində Moskva şəhərində təşkil olunan "Rusiya Enerji Həftəsi" adlı Beynəlxalq Forumda iştirak edəcək nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?" adlı sessiya üzrə müzakirələrə qatılacaq.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Xəbər lenti
0