DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ nümayəndəsi İrana gəlir

© AFP 2023 / EMMANUEL DUNANDФлаги Ирана и ЕС, фото из архива
Флаги Ирана и ЕС, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Qurum nümayəndəsinin İrana səfərində önəmli məsələlər müzakirə olunacaq.
BAKI, 13 oktyabr — Sputnik. Avropa İttifaqının (Aİ) Xarici əlaqələr xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Moranın İrana səfəri başlayır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İran xarici işlər nazirinin müavini Əli Baqıri Tvitter hesabında verib.
Nazir müavini bildirib ki, səfər çərçivəsində Aİ-nin nümayəndəsi ilə İran-Aİ münasibətləri, həmçinin Əfqanıstanda baş verənlər, bölgədəki siyasi proseslər müzakirə ediləcək.
Qeyd edək ki, Enrike Mora bu ilin avqustunda İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün də İrana səfər etmişdi.
Xəbər lenti
0