Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik - ÜST rəsmisi

© Sputnik / Murad OrujovBakıda sərt karantin rejimi
Bakıda sərt karantin rejimi - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda COVID-19-la bağlı son vəziyyəti dəyərləndirib.
BAKI, 12 oktyabr — Sputnik. Sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O, açıqlamasında bildirib ki, sentyabrdan etibarən yoluxma sayları azalıb: "İkinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Azərbaycan əhalisinə təşəkkür edirəm. Bunlara görə daha rahat şəkildə, sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik”.
H.Harmancının sözlərinə görə, ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar ölkəyə gətirilib: “Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirus: yoluxanların sayı bir sutkada iki dəfə artdı
* Koronavirusa yoluxanların yalnız 30 fazinin psixikası bərpa olunur
* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb
* ÜST: koronavirusla mübarizədə yolun 60%-i qət olunub
* COVID-19-un yaranma nəzəriyyəsi: 2012-də...
* COVID-19-a görə müavinət hansı halda ödənilir?
Xəbər lenti
0