Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirəcək

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
BAKI, 12 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
"Rusiya Prezidenti Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının XVII iclasında iştirak etmək üçün Moskvaya gələcək MDX xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirəcək", - deyə məlumatda bildirilir.
Bildirilir ki, görüşdə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.
Xəbər lenti
0