Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Nə qədər oxuyuruq?

© Sputnik / Murad OrujovKitablar
Kitablar - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək tədbirdə iştirakçılar gənc nəslin kitaba və ədəbiyyata marağını artırmağın yolları barədə danışacaqlar.
BAKI, 12 oktyabr — Sputnik. Bu günlərdə Bakıda keçirilən 7-ci Beynəlxalq Kitab Sərgisində (Baku Book Fair) dünyanın müxtəlif ölkələrinin poliqrafiya nümunələri təqdim olundu. Sərgi ölkə sakinlərinə dünyada nəşr olunan yeni kitablarla tanışlıq imkanı verməklə yanaşı, kitaba və yeni ədəbi tendensiyalara marağı da artırdı.
Təəssüf ki, son illər insanların kitaba olan marağı bir o qədər də yüksək deyil və bunun səbəbləri müxtəlifdir. Məsələn, yazıçılar bunun səbəbini gənclərin internetə həddən artıq aludə olmasında görürlər. Əlbəttə ki, müasir dövrdə internetsiz keçinmək mümkün deyil və bütün dünyanı bürüyən bu "hörümçək toru" yeni nəslin informasiya ilə təminatında mühüm rol oynayır. Bununla belə, gənclərin birbaşa kitabla, bədii ədəbiyyatla təması da çox vacibdir.
Oktyabrın 14-ü, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək tədbirdə iştirakçılar insanların, xüsusən də gənc nəslin kitaba və ədəbiyyata marağını artırmağın yolları barədə danışmaqla yanaşı, kitab sərgisi ilə bağlı təəssüratlarını bölüşəcək, müasir Azərbaycan ədəbiyyatındakı yeni tendensiyalar və bir sıra başqa məqamlara toxunacaqlar.
Tədbirdə iştirak edəcəklər:
Eyyub Qiyas – tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü;
Cəlil Cavanşir – bir sıra şeirlər toplusunun, romanların və tərcümələrin müəllifi.
Spikerlərə suallarınızı əvvəlcədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi
Xəbər lenti
0