Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Vaşinqtona qarşılıqlı şəkildə bütün sanksiyaları aradan qaldırmağı təklif etdi

© Sputnik / Aleksey Mayshev / Fotobanka keçməkMoskvada Kremlə mənzərə, arxiv şəkli
Moskvada Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Xəbərlərə abunə olun
Rusiya tərəfindən düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı vurğulanıb, ancaq o da qeyd olunub ki, Moskva eskalasiyanın davam etməsinin tərəfdarı deyil.
BAKI, 12 oktyabr — Sputnik. Rəsmi Moskva Vaşinqtona hər iki ölkənin son illər bir-birinə qarşı tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmağı təklif edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Ryabkovla Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin müavini Viktoria Nulandın görüşünün nəticələri əsasında məlumat verilib.
"Rusiya və ABŞ-ın bir-birilərinin ərazisindəki diplomatik missiyalarının fəaliyyəti məsələsinə xüsusi diqqət yetirilib. Rusiya tərəfindən düşmənçilik hərəkətlərinin cavabsız qalmayacağı vurğulanıb, ancaq o da qeyd olunub ki, Moskva eskalasiyanın davam etməsinin tərəfdarı deyil. Son bir neçə il ərzində hər iki tərəfin tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmağı təklif edirik ",- deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.
Qeyd edək ki, oktyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin müavini Viktoria Nuland Moskvaya üçgünlük səfərə gəlib. Nuland Moskvada baş tutacaq görüşlərin əsas mövzusunu stabil və proqnozlaşdırıla bilən münasibətlər şəklində xarakterizə edib.
ABŞ Dövlət katibinin müavinin Rusiyaya səfəri oktyabrın 13-də yekunlaşacaq.
Həmçinin oxuyun:
* Moskvaya ABŞ-dan vacib qonaq gəlib: O, Lavrovun müavini ilə görüşdü
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала