Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mahir Emreli təkrar koronavirus testi verdi

© Sputnik / Murad OrujovFutbol üzrə Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun forvardı Mahir Emreli
Futbol üzrə Azərbaycan milli komandasının və Polşanın Legiya klubunun forvardı Mahir Emreli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Mahir Emrelinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda Azərbaycan millisi ilə meydana çıxacağı hələ sual altındadır.
BAKI, 12 oktyabr - Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun forvardı Mahir Emreli təkrar koronavirus testi verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Legiya"nın mətbuat katibi İzabella Kruk Twitter-də yazıb.
Krukun sözlərinə görə, təkrar testin cavabı mənfi olub.
"Mahir Emrelinin test cavabının müsbət olmasına gəlincə, bizim tibbi heyətimizlə razılaşdırılmaqla Mahir təkrar PCR test verdi, o isə mənfi nəticələndi. Oyunçu peyvənd edilib, heç bir əlamət də yoxdur. Biz sizi məlumatlandıracağıq", - Kruk yazıb.
Amma Mahir Emrelinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı oyunda Azərbaycan millisi ilə meydana çıxacağı hələ sual altındadır. Oyun bu gün Belqradda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.
---------
12:38
Futbol üzrə Azərbaycan milli komandasının və Polşanın "Legiya" klubunun forvardı Mahir Emreli koronavirusa yoluxub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Qeyd olunur ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.
Bildirək ki, oyunöncəsi mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi serblərlə oyunda komandanın heyətində dəyişiklik olacağını demişdi. Belə görünür ki, italiyalı məşqçi Emrelinin PCR testinin müsbət nəticələndiyindən məlumatlı imiş.
Azərbaycan - İrlandiya matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 09.10.2021
FOTO
Utanmasan, oynamağa nə var: Bakı Olimpiya Stadionu daha bir biabırçılığa şahidlik etdi
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində altı turdan cəmi bir xal yığıb və "A" qrupunun zirzəmisində "möhkəmlənib". Yeganə xalı Byazinin yetirmələri Dublində irlandlara qarşı oyunda (1:1) əldə edə biliblər. Qalan oyunların hamısında isə komandamız uduzub.
Eləcə də oxuyun:
* Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb
* "Qarabağ"ın sabiq mətbuat katibi məhkəməyə çıxdı
* AFFA-nın yeni strategiyası ictimaiyyətə təqdim olunacaq
* Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına düşüb
Xəbər lenti
0