Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycan turizm həftəsi start götürüb

© Photo : State Tourism Agency of the Republic of Azerbaijan"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu
Expo 2020 Dubai beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Açılışda, həmçinin Azərbaycanın aqro-qastro turizm potensialını özündə birləşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ərsəyə gələn "Slou Fud" beynəlxalq layihəsinin "Dad gəmisi" adlandırılan milli turizm məhsulunun təqdimatı da keçirilib.
BAKI, 12 oktyabr — Sputnik. Ötən gün "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə start verilib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən həftə çərçivəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək.
© Photo : State Tourism Agency of the Republic of Azerbaijan"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu
Expo 2020 Dubai beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu - Sputnik Azərbaycan, 1920, 11.10.2021
"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu
İlk olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid mart ayına qədər davam edəcək sərginin Azərbaycanın çoxsaylı turizm imkanlarının təqdimatı üçün mühüm platforma olduğunu qeyd edib. O bildirib ki, 2022-ci ilin mart ayının sonuna kimi milli pavilyonda Azərbaycanın təbliğinə həsr olunan silsilə tədbirlər keçiriləcək.
Açılışda, həmçinin Azərbaycanın aqro-qastro turizm potensialını özündə birləşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn "Slou Fud" beynəlxalq layihəsinin "Dad gəmisi" adlandırılan milli turizm məhsulunun təqdimatı da keçirilib.
© Photo : State Tourism Agency of the Republic of Azerbaijan"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu
Expo 2020 Dubai beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu - Sputnik Azərbaycan, 1920, 11.10.2021
"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu
Qeyd edək ki, Azərbaycan "Expo 2020 Dubai" beynəlxalq sərgisində "Gələcəyin toxumları" tematikası ilə dizayn edilmiş milli pavilyonla təmsil olunur. Azərbaycan pavilyonu sərginin davamlılıq hissəsində yerləşir.
Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
© Photo : State Tourism Agency of the Republic of Azerbaijan"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu
Expo 2020 Dubai beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu - Sputnik Azərbaycan, 1920, 11.10.2021
"Expo 2020 Dubai" beynəlxalq sərgisində Azərbaycanın milli pavilyonu
Turizm həftəsi çərçivəsində "Yarım səhradan sıx meşələrə" başlıqlı Bakı, Lənkəran və Leriki əhatə edən cənub istiqaməti, "Ən aşağı nöqtədən ən yüksəklərə" başlıqlı Bakı, Xızı, Quba və Qusarı əhatə edən şimal istiqaməti, "Qədim izlər, heyrətamiz mənzərələr" başlıqlı Bakı, Şamaxı, İsmayıllı, Qəbələni əhatə edən şimal-qərb istiqaməti, "Müalicəvi təbiət, ilhamverici tarix" başlıqlı Bakı, Gəncə, Naftalan və Göygölü əhatə edən qərb istiqamətinin turizm potensialı nümayiş etdirən təqdimatlar keçiriləcək.
Qeyd edək ki, 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.
Xəbər lenti
0