Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Azərbaycanın sədri olduğu qurumu təqdir etdi

© Sputnik / Sergey Guneev / Mediabanka keçidVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Qoşulmama Hərəkatı bütün dövlətlərin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə və qanuni maraqlarına hörmət prinsiplərini müdafiə edir.
BAKI, 11 oktyabr — Sputnik. Rusiyanın bu yay qazandığı Qoşulmama Hərəkatında müşahidəçi statusu bütün dünyada təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında əməkdaşlıq üçün yeni imkanlar açır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Qoşulmama Hərəkatının 60 illiyi ilə bağlı keçirilən forumun iştirakçılarına ünvanlanmış müraciətində deyilir.
O bildirib ki, hərəkat beynəlxalq məsələlərdə çox vacib rol oynayır: "Qoşulmama Hərəkatı bütün dövlətlərin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə və qanuni maraqlarına hörmət prinsiplərini müdafiə edir. Dünyada vəziyyətin daha da təlatümlü olduğu dövrdə Qoşulmama Hərəkatının müsbət potensialına tələbat daha da artır".
Qeyd edək ki, Qoşulmama Hərəkatının yubiley forumunda 105 ölkə təmsil olunur.
Xəbər lenti
0