DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

© Sputnik / Kamal AlmuradlıGürcüstan bayrağı
Gürcüstan bayrağı - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze həlak olanların yaxınlarına başsağlığı verib, Azərbaycan hökumətinə və xalqına Gürcüstana göstərdikləri dəstəyə görə təşəkkür edib.
BAKI, 11 oktyabr — Sputnik. Gürcüstanın Azərbaycandakı səfirliyində matəm günü ilə əlaqədar bayraq endirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, səfirlikdə Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində həlak olanların xatirəsi yad edilib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze həlak olanların yaxınlarına başsağlığı verib, Azərbaycan hökumətinə və xalqına Gürcüstana göstərdikləri dəstəyə görə təşəkkür edib.
"Bu faciə bütün Gürcüstanı kədərləndirdi. Gürcüstan üçün bu çətin günlərdə bizə başsağlığı verən və bizim kədərimizi paylaşan hər kəsə minnətdarıq. Azərbaycan Respublikasının rəsmilərinə və sıravi vətəndaşlarına göstərdikləri dəstəyə və bizim kədərimizi paylaşdıqlarına görə təşəkkür edirəm", - diplomat vurğulayıb.
Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 May küçəsində yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində üçü azyaşlı olmaqla 9 nəfər həlak olub, bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə binanın birinci mərtəbəsində təhlükəsizlik qaydalarının pozulması ilə aparılan təmir-bərpa işlərinin səbəb olduğu açıqlanıb. Faktla əlaqədar 3 nəfərin saxlanıldığı bildirilib. Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin imzaladığı qərarla oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.
Xəbər lenti
0