Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Barens dənizində 1941-ci ildə batırılmış Sovet keşikçi gəmisi tapılıb

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidВоеннослужащий на торжественной церемонии передачи арктических комплексов ПВО "Тор-М2ДТ" на базе вездехода ДТ-30 в общевойсковое соединение Северного флота на территории 726 учебного центра войсковой ПВО в городе Ейске
Военнослужащий на торжественной церемонии передачи арктических комплексов ПВО Тор-М2ДТ на базе вездехода ДТ-30 в общевойсковое соединение Северного флота на территории 726 учебного центра войсковой ПВО в городе Ейске - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Aparılan tədqiqatlar Şimal Donanması və Rusiya Coğrafiya Cəmiyyətinin "Müharibəni unutma" birgə aksiyasının son mərhələsidir.
BAKI, 11 oktyabr - Sputnik. Rusiyanın Şimal Donanmasının hidroqrafları Barens dənizinin dibində 1941-ci ilin avqust ayında alman həmlə gəmiləri tərəfindən batırılmış "Duman" Sovet keşikçi gəmisini aşkar ediblər. Bu barədə RİA Novosti Şimal Donanmasının mətbuat xidmətinə istinadən xəbər verir.

"Şimal Donanmasının "Romuald Mukleviç" hidroqrafiya gəmisinin ekipajı Barens dənizinin dibində 80 il əvvəl hitlerçi həmlə gəmiləri ilə qeyri-bərabər döyüşdə batırılmış "Duman" keşikçi gəmisinin koordinatlarını təsdiq edib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, hidroqrafların Böyük Britaniyanın "Blübell""Matabele" hərbi gəmilərinin, habelə Sovet İttifaqına məxsus olmuş "Passat" keşikçi gəmisinin və balıqçı gəmisi olduğu güman edilən naməlum qayığın da koordinatlarını aşkar etdikləri bildirilir.
Qeyd olnur ki, aparılan hidroqrafik tədqiqatlar Şimal Donanması və Rusiya Coğrafiya Cəmiyyətinin müharibə dövründə Sovet ərazilərini qoruyaraq həlak olmuş şəxslərin axtarışı və xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş "Müharibəni unutma" birgə aksiyasının son mərhələsi olub.
Xəbər lenti
0