SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

© Photo : MFA Azerbaijan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub
 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.
BAKI, 11 oktyabr — Sputnik. Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantının plenar iclası Serbiyanın paytaxtı Belqradda davam edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu çərçivədə serbiyalı həmkarı Nikola Selakoviçlə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, Azərbaycan və Serbiya XİN başçıları Qoşulmama Hərəkatının 60 illiyi ilə bağlı konfransın iştirakçılarını salamlayıblar.
Xəbər lenti
0