DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstriyanın yeni kansleri and içib

© AP Photo / Lisa LeutnerAvstriyanın yeni kansleri Aleksander Şallenberq
Avstriyanın yeni kansleri Aleksander Şallenberq - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Sabiq xarici işlər naziri A.Şallenberq bu vəzifədə bir neçə gün əvvəl istefa vermiş Sebastyan Kurtsu əvəz edəcək. Xatırladaq ki, S.Kurts bir neçə gün əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rüşvət ittihamları ilə əlaqədar istefa vermişdi
BAKI, 11 oktyabr — Sputnik. Aleksander Şallenberq Avstriyanın yeni kansleri qismində işə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün paytaxt Vyanada kanslerin andiçmə mərasimi keçirilib.
Sabiq xarici işlər naziri A.Şallenberq bu vəzifədə bir neçə gün əvvəl istefa vermiş Sebastyan Kurtsu əvəz edəcək.
Xatırladaq ki, S.Kurts bir neçə gün əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rüşvət ittihamları ilə əlaqədar istefa vermişdi.
Xəbər lenti
0