Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rekordçu Azeri Light, üçtərəfli gömrük nəzarəti, Araz Vadisi: həftənin iqtisadi yekunları

© Sputnik / Murad OrujovBakıda Heydər Əliyev adına Neft emalı zavodu, arxiv şəkli
Bakıda Heydər Əliyev adına Neft emalı zavodu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
"Araz Vadisi İqtisadi Zonası" sənaye parkının qurulması, Azərbaycan neftinin rekordu təzələməsi, OPEC+un qərarı, Dövlət Ehtiyatları Agentliyinin yaradılması Sputnik Azərbaycan-ın materialında.
BAKI, 10 oktyabr — Sputnik. Yola saldığımız həftə Azərbaycanda baş verən mühüm iqtisadi hadisələri oxucuların diqqətinə çatdırırıq. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfər etməsi bu həftə ən mühüm hadisələrdən biri olaraq yadda qalıb. Dövlətimizin başçısı Cəbrayılda "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlini qoyub, "Cəbrayıl" yarımstansiyasının açılışında iştirak edib.

"KAMAZ" almaq istəyən Cəbrayıla getsin

Son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan "KamAZ"ın Cəbrayılda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
CƏMİYYƏT
Prezident Cəbrayıl rayonu ilə bağlı bir neçə sənəd imzalayıb
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində "Gəncə avtomobil zavodu" İstehsalat Birliyi ilə "KamAZ" ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq "KamAZ" avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə "KamAZ" ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı

Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlini qoyub.
Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.
Nizami rayonunda məişət tullantıları
 - Sputnik Azərbaycan, 1920, 02.10.2021
İQTİSADİYYAT
Dünya ondan pul qazanır, biz küçəyə atırıq: Zibili nə etməli?
Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.
Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.

"Cəbrayıl" yarımstansiyasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.
Dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki "Şükürbəyli" yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci "Cəbrayıl" hava xətləri çəkilib.
"Cəbrayıl" yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.
"Cəbrayıl" yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla, müasir görkəm veriləcək.
Qarabağda Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
QARABAĞ
Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni model təqdim edəcək
Qeyd edək ki, Cəbrayıl rayonunda işğaldan əvvəl 52 min sakin yaşayırdısa, indi onların sayı 82 minə çatıb. Burada ən vacib amillərdən biri də şəhərdə yaşayacaq insanlara veriləcək suyun yeraltı mənbələrdən çəkilməsidir. Doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basan rayon sakinlərinə burada rahat yaşamaları üçün hər cür şərait yaradılır.

Subsidiyalar daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək

Prezident İlham Əliyev "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərman imzalayıb. Məqsəd aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanmasıdır.
İqtisadiyyat Nazirliyinə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin təqdim olunmasını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda nəzərdə tutulmuş müddətlərdə təmin etməsi tapşırılıb.
Tovuzda kartofun yığımı - Sputnik Azərbaycan, 1920, 07.09.2021
İQTİSADİYYAT
Aqrar Subsidiya Şurası 2022-ci il üçün subsidiya əmsallarını açıqlayıb
Müəyyən edilib ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu fərmanın icrası məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq islahatı ilə əlaqədar tərtib olunan və müvafiq rayon aqrar islahat komissiyaları (yerli icra hakimiyyəti orqanları) tərəfindən təsdiq olunmuş hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının bölgüsünü əks etdirən kompleks yer quruluşu layihəsində göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınır.
ASAN Xidmət bu fərmanın icrasını daha səmərəli həyata keçirmək üçün tələb olunan bütün xidmətlərin mobil "ASAN xidmət" nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2021-ci il noyabrın 1-dən etibarən təşkil etməlidir.

Azərbaycanda Dövlət Ehtiyatları Agentliyi yaradılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsi yaradılıb. Dövlət Taxıl Fondu yeni yaradılmış Agentliyin sərəncamına verilib.
Fərmanla müəyyən edilib ki, Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Bu qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.10.2021
İQTİSADİYYAT
Dövlət büdcəsinə dəymiş 30 milyon manatdan çox ziyanın ödənilməsi təmin olunub
Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi – qurumun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, Agentliyin strukturunun təsdiq edilməsi, idarəetmə orqanının yaradılması, onun rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Agentliyin yenidən təşkili və ləğvi və s. məsələlər Azərbaycan Respublikasının Prezidentinə həvalə olunub.
Agentliyə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunun, işçilərin say həddinin və əmək haqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi həvalə edilib.

Azərbaycan OPEC+un qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olmasını nəzərdə tutur.
Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Azərbaycan neftinin qiyməti rekordunu yeniləməkdə davam edir

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,59 dollar artaraq 85,15 dollar təşkil edib.
Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il oktyabrın 4-də (83,56) qeydə alınıb.
Son 3 ildə ilk dəfə olaraq Azərbaycan neftinin hər bareli dünya bazarında 85 dollardan baha satılır. Aydındır ki, dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Azərbaycan gündəlik xam neft hasilatını bu aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq və ixtisarla bağlı öhdəliyi isə 78 min barel həcmində olacaq.
Dəniz limanında konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
NEFT-QAZ
Azərbaycanın bəzi qeyri-neft məhsulları Yaponiyaya ixrac oluna bilər
"Goldman Sachs" neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb. Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə, o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər.

"Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa"

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin təşkilati dəstəyi ilə "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa" mövzusunda tədbir keçirilib.
Tədbirdə dayanıqlı inkişafın maliyyələşdirilməsi məsələləri, Azərbaycanda pandemiyadan sonrakı dövrdə inkişaf prioritetlərinin icrası üçün yeni çağırışlar, "yaşıl" mənbələr hesabına iqtisadiyyatın dayanıqlılığını və keyfiyyətini təmin edən mühitin təşviqi imkanları, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması yolları müzakirə edilib.
İqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini Mikayıl Cabbarov qeyd edib ki, dünya enerji bazarlarında baş verən dalğalanmalar, pandemiya səbəbindən tətbiq edilən məcburi məhdudiyyətlər iqtisadiyyata, o cümlədən ölkəmizdə DİM-in reallaşdırılmasına mənfi təsir göstərib. Bu təsirlərin minimallaşdırılması üçün Azərbaycan hökuməti iqtisadi inkişaf və sosial dəstək tədbirləri üçün 2,7 mlrd. dollar həcmində sosial-iqtisadi dəstək paketi təqdim edib ki, bu da ÜDM-in 6 faizindən çoxdur.
Azərbaycan Mərkəzi Bankının binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Mərkəzi Bank kredit və dividend faizləri arasındakı yüksək fərqi izah edib
İqtisadiyyat naziri dəstək tədbirlərinin müsbət nəticələrini qeyd edib, iqtisadiyyatda bərpa prosesinin başlandığını, 2021-ci ilin 8 ayında ÜDM-in real ifadədə 3,6 faiz, ilin əvvəlindən qeyri-neft ixracının 40 faiz artdığını, 2021-ci ilin sonunadək 2,2 mlrd. dolları ötəcəyinin proqnozlaşdırıldığını diqqətə çatdırıb. Son 10 ildə qeyri-neft-qaz sektoru milli iqtisadiyyatın başlıca artım və inkişaf amilinə çevrilib, bu dövrdə ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 57 mlrd. dollara yaxın olub, ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 48 faizdən 70 faizə çatıb.
Cabbarov Milli Prioritetlərin reallaşdırılması çərçivəsində "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinin hazırlandığını, sənədin yaxın zamanlarda İqtisadi Şurada müzakirə ediləcəyini bildirib.
Strategiyanın həyata keçirilməsi 4 başlıca istiqamət üzrə dəyişikliklərə səbəb olacaq. Dövlət şirkətlərinin gəlirliliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlığının yüksəldilməsi və digər tədbirlər nəticəsində iqtisadiyyatın dövlət sektoru yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq, iqtisadi idarəetmə daha da təkmilləşdiriləcək.
Qeyd edilib ki, həyata keçiriləcək tədbirlər nəticəsində növbəti ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 4,2 faiz, qeyri-neft ÜDM-in orta illik real artım tempi isə 5,2 faiz proqnozlaşdırılır. 2025-ci ilədək qeyri-neft ixracının 2 dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də KOB-ların payının isə 35 faizə çatdırılması hədəflənir. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, cari ildə ÜDM-in real artım tempinin 4,8 faiz olacağı gözlənilir.

AZAL Ermənistanın hava məkanından istifadə etməyə başlayıb

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.
AZAL-dan verilən məlumata görə, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasında qətiyyətini nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
TƏHLİL
Cənubi Qafqazdakı yeni reallıqlar kimləri narahat edir? – Şantaja cavab
Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.
Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.

Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli komitə yaratdılar

Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli komitə yaradılıb.
Oktyabrın 8-də İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli görüş keçirilib. Görüşdə məqsəd ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi və bu istiqamətdə müzakirələrin aparılması olub.
Eyni zamanda, tərəflər qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Qaçaqmalçılığa qarşı mübarizə və təhlükəsizliklə bağlı fəaliyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə əlaqələndirmə mərkəzinin yaradılması razılaşdırılıb.
Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair sazişin imzalanmasına hazır olduqlarını da bildiriblər.
Xəbər lenti
0