https://sputnik.az/20211010/qazaxistanda-yanmis-silah-anbarinda-yeniden-partlayis-olub-434058930.html
Qazaxıstanda yanmış silah anbarında yenidən partlayış olub
Qazaxıstanda yanmış silah anbarında yenidən partlayış olub
Sputnik Azərbaycan
Nazirlikdən bildiriblər ki, gələcəkdə də bu cür hadisələrin olacağı istisna deyil. Anbarın ərazisində texniki sahənin partlama təhlükəsi olan əşyalardan... 10.10.2021, Sputnik Azərbaycan
2021-10-10T10:13+0400
2021-10-10T10:13+0400
2021-10-10T10:29+0400
dünya xəbərləri
qazaxıstan
partlayış
anbar
sursat
yanğın
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1b/427788522_46:0:1200:649_1920x0_80_0_0_02f60babde058651f0055cf59af5639e.jpg
BAKI, 10 oktyabr - Sputnik. Oktyabrın 10-da cari ilin avqustunda Qazaxıstanın Cambıl vilayətinin Sarıkəmər qəsəbəsində yerləşən və yanğın baş vermiş mühəndis döyüş sursatları anbarında daha bir partlayış baş verib. RİA Novosti ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və dağıntı yoxdur."Səhər saatlarında anbarda əvvəlki yanğın nəticəsində zədələnmiş partlama təhlükəsi olan qurğu işə düşüb. Partlayış nəticəsində qəlpələr uzaq məsafəyə səpələnməyib. Hadisə zamanı anbarda heç bir iş aparılmayıb, yaxınlıqda insanlar olmayıb. Binalara və tikililərə ziyan dəyməyib", - deyə nazirliyin məlumatında deyilir.Qurumdan onu da bildiriblər ki, gələcəkdə də bu cür hadisələrin olacağı istisna deyil. Anbarın ərazisində texniki sahənin partlama təhlükəsi olan əşyalardan təmizlənməsi işləri davam etdirilir.Xatırlaaq ki, Qazaxıstanın Jambıl vilayətində yerləşən hərbi hissənin anbarında avqustun 26-da baş verən partlayış nəticəsində 13 nəfər həlak olub.Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hissənin anbarında əsasən hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu elə də böyük deyil. Ümumilikdə hərbi hissədə on partlayış qeydə alınıb.Yüzdən artıq adam müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1b/427788522_335:0:1200:649_1920x0_80_0_0_d21ca89c1fb36f4a0a48fc0bd29c6fd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, partlayış, anbar, sursat, yanğın
qazaxıstan, partlayış, anbar, sursat, yanğın
Qazaxıstanda yanmış silah anbarında yenidən partlayış olub
10:13 10.10.2021 (Yenilənib: 10:29 10.10.2021) Nazirlikdən bildiriblər ki, gələcəkdə də bu cür hadisələrin olacağı istisna deyil. Anbarın ərazisində texniki sahənin partlama təhlükəsi olan əşyalardan təmizlənməsi işləri davam etdirilir.
BAKI, 10 oktyabr - Sputnik. Oktyabrın 10-da cari ilin avqustunda Qazaxıstanın Cambıl vilayətinin Sarıkəmər qəsəbəsində yerləşən və yanğın baş vermiş mühəndis döyüş sursatları anbarında daha bir partlayış baş verib. RİA Novosti ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və dağıntı yoxdur.
"Səhər saatlarında anbarda əvvəlki yanğın nəticəsində zədələnmiş partlama təhlükəsi olan qurğu işə düşüb. Partlayış nəticəsində qəlpələr uzaq məsafəyə səpələnməyib. Hadisə zamanı anbarda heç bir iş aparılmayıb, yaxınlıqda insanlar olmayıb. Binalara və tikililərə ziyan dəyməyib", - deyə nazirliyin məlumatında deyilir.
Qurumdan onu da bildiriblər ki, gələcəkdə də bu cür hadisələrin olacağı istisna deyil. Anbarın ərazisində texniki sahənin partlama təhlükəsi olan əşyalardan təmizlənməsi işləri davam etdirilir.
Xatırlaaq ki, Qazaxıstanın Jambıl vilayətində yerləşən hərbi hissənin anbarında avqustun 26-da baş verən partlayış nəticəsində 13 nəfər həlak olub.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hissənin anbarında əsasən hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu elə də böyük deyil. Ümumilikdə hərbi hissədə on partlayış qeydə alınıb.
Yüzdən artıq adam müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara çatdırılıb.