CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yulaf yeyin - bağırsağınızı sevindirin

© Depositphotos.com / SeregamYulaf, qarabaşaq və düyü
Yulaf, qarabaşaq və düyü - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Bu qida məhsulu sinir sisteminə də xeyirli təsir göstərir, həmçinin ürək və damarların işini yaxşılaşdırır.
BAKI, 9 oktyabr — Sputnik. Diyetoloq Svetlana Fus öz "Instagram" səhifəsində yulaf sıyığının faydalı xüsusiyyətlərindən danışıb. RİA Novosti xəbər verir ki, mütəxəssis yulafı səhər rasionuna niyə daxil etmək lazım olduğunu izah edib.

"Yaxşı yulafda bağırsağımıza "gümrahlıq" verən və onun saat kimi işləməsinə məcbur edən lif və böyük miqdarda zülallar var. Onda olan zülalın miqdarı ətdə olan zülalların miqdarının təxminən dördə birini təşkil edir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, yulafın tərkibində insan orqanizminə lazım olan vitamin və mikroelementlər də var.

"Yulaf – orqanizm tərəfindən gec mənimsənilən karbohidratların mənbəyidir. Səhər bütöv yulaf dənəsindən bir qab sıyıq yesək, biz qanda qlükozanın sabit səviyyəsini və 4-5 saat ərzində toxluq hissini təmin edəcəyik", - deyə Fus qeyd edib.

Bundan əlavə, yulaf sinir sisteminə də xeyirli təsir göstərir, həmçinin ürək və damarların işini yaxşılaşdırır.

"Bu cür sağlam səhər yeməyini sevən insanların artıq çəki ilə əlaqədar daha az problemləri olur", - deyə mütəxəssis fikrini tamamlayıb.

Xəbər lenti
0