Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin dəfn olunacağı yer bəlli oldu

© Sputnik / Murad OrujovQərənfil, arxiv şəkli
Qərənfil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
A.Kazımov mərhum xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq.
BAKI, 9 oktyabr — Sputnik. Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
A.Kazımov mərhum xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub.
Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib. 1960-cı ildə A.Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib.
1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlayıb. 1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. A.Kazımov son olaraq Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyib.
Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Xəbər lenti
0