DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ defoltu təxirə saldı

© © Pexels / John Guccione www.advergroup.comABŞ dolları, arxiv şəkli
ABŞ dolları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
ABŞ zərbxanasının sabiq sədri Filipp Dillin sözlərinə görə, Maliyyə Nazirliyindən sifariş gələcəyi təqdirdə zərbxana bir neçə saatın içində 1 trilyon dollar çap etmək gücündədir.
BAKI, 8 oktyabr - Sputnik. ABŞ dövlət borcu üzrə defoltun qarşısını ala bilib, bunun üçün Senat dövlət borcunun tavanını 2021-ci ilin dekabrınadək 480 milyard dollara qaldırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Hill qəzeti Senatda demokratik çoxluğun lideri Çak Şumerə istinadən yazıb. ABŞ-ın Maliyyə Nazirliyindən bildirilib ki, dövlət borcunun artırılması haqda qərar dekabrın 3-dək qüvvədə olacaq.
"Demokrat həmkarlarımızın seçdiyi həll Amerika xalqının canını qısamüddətli böhrandan qurtaracaq", - respublikaçı Mitç Makkonnell bildirib. Əvvəllər Makkonnell deyirdi ki, respublikaçılar o halda demokratlara dövlət borcunu artırmağa icazə verərlər ki, bu tədbir qısamüddətli olsun.
Öz növbəsində dövlət borcunun artırılması barədə qərarı Nümayəndələr Palatası da təsdiq etməlidir. Bundan sonra isə onu imzalamaq üçün Prezident Co Baydenə göndərəcəklər.
ABŞ zərbxanasının sabiq sədri Filipp Dillin sözlərinə görə, Maliyyə Nazirliyindən sifariş gələcəyi təqdirdə zərbxana bir neçə saatın içində 1 trilyon dollar çap etmək gücündədir.
Xəbər lenti
0