Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Professor: peyvəndin 6 aydan bir zəruri olması normal insan təfəkkürünün məhsulu deyil

© AP Photo / Rahmat GulKoronavirusa qarşı vaksin, arxiv şəkli
Koronavirusa qarşı vaksin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Musa Qəniyev: ağır qaraciyər xəstəliyi olan şəxslərə, COVID-19 əleyhinə peyvəndlərin vurulması əks göstərişdir.
BAKI, 7 oktyabr — Sputnik. Tibb elmləri doktoru, professor Musa Qəniyev uşaq və yeniyetmələrə koronavirus əleyhinə vaksinasiyanın fəsad verəcəyi barədə xəbərdarlıq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri M.Qəniyev “Facebook”dakı şəxsi hesabında bildirib ki, hazırda məlum yaş qrupunda olan uşaqlara kütləvi şəkildə peyvənd vurdurmaq məsləhət deyil:

"Hər bir insan, son nəticəsi naməlum olsa da, ən ağır virus infeksiyasına, o cümlədən, klinik formasından asılı olmayaraq, COVID 19-a, yalnız bir dəfə yoluxa bilər. Çünki ilkin yoluxma və ya peyvəndləmə halında bu virusun sürət əksi əbədi olaraq hüceyrə yaddaşına həkk olunur. Odur ki, bütün təkrari yoluxmalarda (insan anadan olub, ölənə qədər, viral infeksiyaya 200-220 dəfə yoluxur, yəni hər il, ən azı 2-3 dəfə) istənilən şəxs bu infeksiyaları yalnız və yalnız hər il təkrarlanan fəsli infeksiya, yəni yüngül formada keçirməlidir. Xüsusən də bu infeksiyanı keçirib sağalan insanlar... Odur ki, peyvəndin hər 6 aydan bir dövri təkrarlanmasının zərurət olması fikri, heç bir halda normal insan təfəkkürünün məhsulu ola bilməz. Məsələn, hər il guya qripin yeni ştammının əmələ gəlmə ehtimalına və ya bu ehtimalın həqiqət olmasına görə insanlara qrip əleyhinə vaksin vurulması tövsiyə olunur. Məgər, qrip əleyhinə vaksin vurdurmayan, lakin mövsümi qripə yoluxan və ciddi yanaşı xəstəliyi olmayan bir kimsə, qripdən ölmüşdürmü?...Şəxsən mən, belə bir halın olduğunu bilmirəm. Bir də ki, “başbilənlər”, yəni ÜST, bunu COVID-19 pandemiya halını alandan sonra, qripin bir xəstəlik olaraq 98% azalması ilə əlaqələndirirlər. Vallah bunu oxuyanda, insan dəli olmamaq üçün, yalnız diz çöküb, ulu Tanrıya yalvarmalıdır. Bilirsiniz, insanlara kütlə psixologyası aşılamaq mümkündür, lakin, idrakı təfəkkürü kütlə təfəkkürünə döndərmək mümkün deyildir".

M.Qəniyev koronavirus əleyhinə vaksinasiya ilə bağlı bəzi məqamlara diqqət çəkib:
a) COVID-19-dan qorxmayın; o, bizim ölkəmiz və xalqımız üçün milli faciə kimi dəyərləndiriləcək “bəla” deyildir,
b) COVID-19-un istənilən klinik formasını, zamanından asılı olmayaraq, keçirmiş insan, bu infeksiyaya dəfələrlə yoluxsa belə, bu halda letal sonluq yalnız və yalnız sıfırdır.
c) Övladlarınızı tək COVID-19-dan deyil, istənilən viral infeksiyadan qoruyun! Lakin onların COVID-19-a yoluxma ehtimalına görə stress, gərginlik və ruhi sarsıntıya düşməyin. Bu infeksiyanın 11-12 yaşına qədər uşaqlar üçün heç bir qorxusu yoxdur. 19 yaşına qədər uşaqlara isə, qorxusu yalnız nisbidir. Yəni onlar xəstələnsə də, bu infeksiyanı yalnız “öskürək və asqıraqla” keçirəcəklər.
d) Uşaqların vaksinasiyası haqqında; Bir halda ki, məlum yaş qruplarında olan uşaqlarda yoluxma minimal, letallıq sıfıra bərabərdir, məgər bu halda peyvənd lazımdırmı? Mən uşaq, yeniyetmə və gənclərə hazırda COVID-19 əleyhinə peyvənd vurulmasının qəti əleyhinəyəm. Bunu yalnız illər sonra, yəni peyvəndin inkişaf edən orqanizmə mutagen, kanserogen və sair kimi mənfi təsirinin olmaması eksperimental və klinik müşahidələrdə tam təsdiqini tapdıqdan sonra etmək olar. Yəni hazırda məlum yaş qrupunda olan uşaqlara kütləvi şəkildə peyvənd vurdurmaq məsləhət deyildir.
e) Bir də, çox istərdim ki, peyvəndə əks göstəriş olan protokollara belə bir bənd də əlavə olunsun: Ağır qaraciyər xəstəliyi olan şəxslərə, COVID-19 əleyhinə peyvəndlərin vurulması əks göstərişdir. Çünki COVID-19-un spayka zülalı- SHCO-14-ü immun sistem yoluxmanın ilkin mərhələsində tanınmadığına görə onu inaktivləşdirməyə qaraciyərdə mikrosomal fermentlərdən biri yox, orqanizmin hiperaktivlik halında, bu fermentin məlum beş subvahidi birdən “hücum” edir. Bu hal qaraciyərin ağır patologiyaları zamanı onun tükənməsi, hətta nadir hallarda olsa belə, sirrozuna da səbəb ola bilər.
Xatırladaq ki, oktyabrın 5-dən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulmasına başlanılıb.
Qeyd olunub ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etdiyi qərara əsasən müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Məlumat üçün bildirək, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Xatırladaq ki, Azərbaycanda bu ilin sentyabrın 16-dan etibarən 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına başlanılıb. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Xəbər lenti
0