https://sputnik.az/20211007/muharibe-baslamazdan-once-adini-konulluler-sirasina-qeyd-eden-sehid-huseyn-smdov-433867522.html
Müharibə başlamazdan öncə adını könüllülər sırasına yazdırdı, zəfəri görmədən şəhid oldu
Müharibə başlamazdan öncə adını könüllülər sırasına yazdırdı, zəfəri görmədən şəhid oldu
Sputnik Azərbaycan
Bu günlərdə şəhid Hüseyn Səmədovun anadan olmasının 24-cü ildönümünə həsr olunan tədbir onun məzarı başında qeyd edilib. Ətraflı - videomuzda. 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T10:00+0400
2021-10-07T10:00+0400
2021-10-07T10:00+0400
video
şəhidlər
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433867137_0:0:1920:1080_1920x0_80_0_0_033185734d60ed4cb83a5eb4775a862c.jpg
Müharibənin ilk günlərindən döyüşlərdə fəal iştirak edən Hüseyn Səmədov silahdaşları ilə birgə düşmənə müxtəlif istiqamətlərdən zərbələr endirərək xeyli sayda canlı qüvvəni və hərbi texnikanı sıradan çıxarmağa nail olub. Növbəti döyüş əməliyyatlarının birində Hüseyn Səmədov şəhidlik zirvəsinə ucalıb.Hüseynin anası Şamama Səmədova deyir ki, oğlunun sanki ən böyük arzusu olub şəhidlik məqamı: "Sentyabrın 27-də müharibə başladı, 28-i günü işdə idim. İşdən gələndə Hüseyn dedi ki, bəs mənə gözaydınlığı ver, məni də çağırıblar müharibəyə. Dedim, Hüseyn onun da gözaydınlığı olur, bala, müharibədir? Sonra qəfil xəbər çıxdı ki, rayona ilk şəhidin nəşi gətirilib. Qohum-əqraba da Hüseyni sabah müharibəyə yola salmağa gəlmişdi. O hamını evdə qoydu, getdi şəhidin dəfninə. On gündən sonra özü şəhid oldu".Şəhidin dayısı Teymur Mustafayev də müsahibəsində Hüseyn haqda xatirələrini Sputnik Azərbaycan ilə bölüşüb. ”Çox qanacaqlı, qabiliyyəti ilə tanınan uşaq idi. Hər kəsə hörməti, izzəti vardı, Quran oxuyan, namaz qılan, dindar uşaq idi. Valideyndən üstün bayrağını sevirdi. Körpəliyindən bayraq evdədir, harada bayraq gördü, alardı. Bu insan bayraqla yatıb, bayraqla dururdu".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433867137_189:0:1629:1080_1920x0_80_0_0_5f09caf145c5e6e455b38f094df587c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhidlər, видео
Müharibə başlamazdan öncə adını könüllülər sırasına yazdırdı, zəfəri görmədən şəhid oldu
Bu günlərdə şəhid Hüseyn Səmədovun anadan olmasının 24-cü ildönümünə həsr olunan tədbir onun məzarı başında qeyd edilib. Ətraflı - videomuzda.
Müharibənin ilk günlərindən döyüşlərdə fəal iştirak edən Hüseyn Səmədov silahdaşları ilə birgə düşmənə müxtəlif istiqamətlərdən zərbələr endirərək xeyli sayda canlı qüvvəni və hərbi texnikanı sıradan çıxarmağa nail olub. Növbəti döyüş əməliyyatlarının birində Hüseyn Səmədov şəhidlik zirvəsinə ucalıb.
Hüseynin anası Şamama Səmədova deyir ki, oğlunun sanki ən böyük arzusu olub şəhidlik məqamı: "Sentyabrın 27-də müharibə başladı, 28-i günü işdə idim. İşdən gələndə Hüseyn dedi ki, bəs mənə gözaydınlığı ver, məni də çağırıblar müharibəyə. Dedim, Hüseyn onun da gözaydınlığı olur, bala, müharibədir? Sonra qəfil xəbər çıxdı ki, rayona ilk şəhidin nəşi gətirilib. Qohum-əqraba da Hüseyni sabah müharibəyə yola salmağa gəlmişdi. O hamını evdə qoydu, getdi şəhidin dəfninə. On gündən sonra özü şəhid oldu".
Şəhidin dayısı Teymur Mustafayev də müsahibəsində Hüseyn haqda xatirələrini Sputnik Azərbaycan ilə bölüşüb. ”Çox qanacaqlı, qabiliyyəti ilə tanınan uşaq idi. Hər kəsə hörməti, izzəti vardı, Quran oxuyan, namaz qılan, dindar uşaq idi. Valideyndən üstün bayrağını sevirdi. Körpəliyindən bayraq evdədir, harada bayraq gördü, alardı. Bu insan bayraqla yatıb, bayraqla dururdu".