Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Hər şey qədərində yaxşıdır" - Putin olduğu kimi

© Sputnik / Сергей Ильин / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 69 yaşı tamam olur. Onun siyasəti, qərarları son onilliklər ərzində demək olar ki, bütün dünyada yayılan xəbərlər arasında əsas yerləri tutur.
BAKI, 7 oktyabr — Sputnik. Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 69 yaşı tamam olur. Onun siyasəti, qərarları son onilliklər ərzində demək olar ki, bütün dünyada yayılan xəbərlər arasında əsas yerləri tutur. Rusiyalı jurnalistlər xüsusi olaraq ad günü üçün RF dövlət başçısının zövqü, hobbiləri, vərdişləri və həyat tərzi haqqında bəzi məlumatları toplayıblar. Həmin məlumatlardan bəzilərini nəzərinizə çatdırırıq:
Yuxu və asudə vaxtı haqqında
“Bu axı Putindir, o yatmır, işləyir”, – deyə prezidentin mətbuat katibi Dmitri Peskov zarafatla bildirib.
Gərgin işgüzar səfərlərdə Putin həqiqətən yuxuya az vaxt ayırır:

"Yuxuya getdim və 5,5-6 saat yatdımsa, kifayət qədər yuxumu alıram".

Ancaq dövlət başçısının dediyinə görə, 4-5 saat yatmaq onun üçün yetərli deyil. Putin səhər qalxmasının çətin olduğunu da etiraf edib.
Prezident fəaliyyət dəyişikliyini ən yaxşı istirahət hesab edir və "boş vaxtınızda nə edirsiniz" sualına o, "İşləyirəm" cavabını verib. Ancaq Putin bu və ya digər şəkildə yaxınları ilə ünsiyyət qurur, idman və hobbi ilə də məşqul olaraq "normal, adi bir həyat" yaşayır:
"Mən buna xüsusi vaxt ayırıram. Prezident olmadan da çox əvvəl belə yaşamağa alışmışam”, - deyə dövlət başçısı bildirib.
Sevdiyi yeməklər haqqında
“Mənim ümumi qaydam var, bunu pəhriz adlandırmaq və ya adlandırmamaq olar: hər bir şey qədərində yaxşıdır”, - deyə Putin qeyd edib.
Səhər saatlarında prezident düyü, qarabaşaq və ya darı sıyıqları yeməyi sevir, ancaq o, yulaf sıyığını yemədiyini bildirib. Prezidentin menyusuna kəsmik, bal, tərəvəzlərdən isə pomidor, xiyar, göyərti daxildir. Bəzən salatı belə özü hazırladığını etiraf edib.

“Ət və balıq arasında seçim olarsa, balığa üstünlük verərəm. Ətlərdən – qoyun ətini sevirəm", - deyə Putin etiraf edib.

Putin “ümumiyyətlə dondurma istisna olmaqla şirniyyatlara biganə yanaşır". Həmçinin Jukovski şəhərində Beynəlxalq Aviasiya və Kosmos Salonu zamanı həmkarlarına bu şirniyyatı təklif etməyi artıq ənənə halına çevrilib.
İdman haqqında
Prezident cüdo və sambo üzrə idman ustasıdır, bu ona yalnız sağlam həyat tərzini deyil, həm də müəyyən prinsipləri öyrədib.
"Əsas fikir, çevik bir yoldur. Çevik ola bilərsən və olmalısan da, bəzən güzəşt getmək olar, ancaq bu, qələbəyə aparan yol olarsa”, - deyə Putin cüdo fəlsəfəsindən danışıb.
Putin dağ xizəklərini, o cümlədən friraydı da sevir. Ancaq “qara” (ən çətin) trassalarda artıq xizək sürmür. “Yəni, sürmüşəm, amma indi istəmirəm”, - deyə o, bildirib.
Artıq yetkin yaşlarında dövlət başçısı hokkeylə maraq göstərib:

"60 yaşım var idi. Mən ümumiyyətlə konki üzərində belə dayana bilmirdim. Ancaq öyrəndim. Hər oyunda 1,5-2 kq kilo itirirəm”, - deyən Putin, buz üzərində sürüşməyə dair təəssüratlarını bölüşüb.

Kitablar və filmlər haqqında
“Putinin əsas hobbisi kitab oxumaqdır, əsasən də tarixi ədəbiyyat və memuarlara üstünlük verir”, - deyə Peskov bildirib.
Prezident özü dəfələrlə ictimai çıxışlarda yerli və xarici müəlliflərin sevimli kitablarından sitat gətirib. O, ən təsirli əsərləri arasında Lev Tolstoyun "Müharibə və Sülh" romanının olduğunu bildirib. Prezidentin masasında “daim Lermontovun kitabı olur”:

"Düşünmək, fikri yayındırmaq və ümumiyyətlə başqa bir dünyaya girmək üçün ən yaxşı vasitə faydalı, gözəl və maraqlı kitabdır".

Filmlər haqqında prezident az danışır:
“Yaxşı kinonu sevirəm, Böyük Vətən Müharibəsi qəhrəmanlarımıza həsr olunmuş bir çox vətənpərvər filmlərimiz var". Bu filmlərdən biri 1968-ci ildə çəkilmiş dörd hissədən ibarət olan "Qalxan və Qılınc"dır. Bir zamanlar bu film Putinin kəşfiyyat peşəsini seçməsinə də təsir edib.
Tabeçiliyində olanlara münasibəti haqqında

"Heç vaxt kimisə təhqir etdiyim və ya alçaltdığım bir hal olmayıb", - deyə Putin “qürur hissi ilə” qeyd edib.

“O, heç kimi danlamır, çox sakit, ancaq çox sərt danışır, bundan sonra danlamağa belə ehtiyac qalmır", - deyə Baş nazirin müavini Marat Xusnullin təəssüratlarını bölüşüb.
Prezidentin sözlərinə görə, tənqid tabeçiliyində olanların iş keyfiyyətini yaxşılaşdırmaq və məsuliyyətlərini hiss etmələri üçün onları "gərginlik altında" saxlamağa kömək edir.
Onunla mübahisə etməyin mümkün olub-olmadığını soruşduqda Putin zarafatla cavab verib:
"Əlbəttə ki, bunu etməmək daha yaxşıdır".
Peskovun sözlərinə görə, Putinlə mübahisə etmək “həmişə çətin olur”, çünki o, öz arqumentləri ilə “həmsöhbətini tapdalayır”.
Həmçinin, Peskov Putinin ən çox "yalan və bacarıqsızlığı" da sevmədiyini söyləyib.
Söyüş barədə

“Rus dili qeyri-normativ leksikadan istifadə etmədən öz düşüncələrini aydın və asanlıqla ifadə edəcək qədər zəngindir”, - deyə Putin söyüşə olan münasibətindən danışıb.

Prezident həmçinin xatırladıb ki, "atasının sərt xasiyyətinin olmasına baxmayaraq, onun heç vaxt söyüşlü sözlər işlətdiyini eşitməyib".
Sevgi və xöşbəxtlik haqqında
"Tələbkar olmaq sevməmək demək deyil", - deyən dövlət başçısı öz qızlarına qarşı tələbkar münasibətindən danışarkən bildirib. Sevgini nə hesab etdiyini soruşduqda, Putin izah edir:
"Bu, hər şeydən əvvəl insanlara qarşı xoş münasibət, hər birimizin digərinin bir parçası olduğuni hiss etməkdir”.
Prezident nəvələri ilə ünsiyyət qurmaqdan da zövq aldığını söyləyib: "Balaca, şirin uşaqlar. Düşünürəm ki, bu hər bir insan üçün təbii bir hissdir. Mənim həyatımda bu var və mən bundan çox xoşbəxtəm".
Ölümə olan münasibətindən danışan Putin bunun bir gün hər kəsin başına gələcəyini vurğulayıb.
Putin nələri bağışlamır
“Ən böyük günah xəyanətdir. Bu təsəvvür edilə biləcək ən iyrənc cinayətdir”, - deyə Putin hesab edir.
Prezident yalnız xəyanəti bağışlaya bilməyəcəyini etiraf edib.
Doğum günü haqqında
“Bu <…> milli bayram deyil”, - deyə Putin bildirib.
Bir qayda olaraq, dövlət başçısı doğum gününü xüsusi insanların daxil olduğu ətrafı ilə və ya iş yerində keçirir. Peskov bildirib ki, bu il prezident öz şəxsi bayramında işləməyi də planlaşdırır, ancaq axşam ailəsi və dostları ilə görüşəcək.
Xəbər lenti
0