Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN: Müraciətlərin araşdırılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir

© AR Ministry of Internal AffairsDaxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Hazırda daxil olmuş müraciət əsasında Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
BAKI, 7 oktyabr — Sputnik. "Bir qrup Göyçay rayon sakininin onlara qarşı dələduzluq edən şəxs barədə polisə olunan müraciətlərinin araşdırılmaması ilə bağlı iddiaları həqiqəti əks etdirmir". Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.
O bildirib ki, həmin şəxslər Rəvanə Kərimovanın onların etibarından sui-istifadə edərək, biznes qurmaq adı ilə xeyli məbləğdə pullarını ələ keçirdiyini bildirib və barəsində qanuni tədbir görülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər:

"Nizami Rayon Polis İdarəsində aparılan ilkin araşdırmanın nəticəsində məsələnin mülki xarakterli olduğu aydınlaşıb və zərərçəkmişlərin məhkəməyə müraciət etmələri bildirilib. Sentyabrın 20-də isə Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rəfael Musayev Rəvanə Kərimovanın qardaşı Əbülfəz Həbibbəylinin onun oğlu Rauf Musayevdən 70 min manat pul tələb etdiyini, əks təqdirdə onu öldürəcəyi ilə hədələdiyini bildirib. Buna səbəb kimi isə Rəvanə Kərimova barəsində polisə etdiyi şikayəti əsas gətirib. Hazırda daxil olmuş müraciət əsasında Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала