Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Antibiotiklərin reseptsiz satışının qarşısını almaq üçün ciddi tədbirlər görüləcək"

© AFP 2023 / PATRICK T. FALLONDərmanlar, arxiv şəkli
Dərmanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
TƏBİB sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov qiymət siyasətinə görə bir çox dərman şirkətinin nümayəndəliyinin ölkəni tərk etdiyini bildirib.
BAKI, 7 oktyabr — Sputnik. Qeydiyyatdan keçməyən dərmanlarla bağlı səhiyyə nazirinin əvəzi Teymur Musayevlə müzakirələr çox sıx şəkildə davam edir. Teymur müəllim də bu məsələ ilə bağlı çox ciddi addımlar atacağını bildirib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən "Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə" dinləmədə deyib.
V.Qurbanov qiymət siyasətinə görə bir çox dərman şirkətinin nümayəndəliyinin ölkəni tərk etdiyini bildirib: "Bununla bağlı ciddi addımlar atılacaq".
O, antibiotiklərin apteklərdə satılması ilə bağlı məsələyə də münasibət bildirib: "Bununla bağlı həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də Səhiyyə Nazirliyi ilə görüşmələrimiz gedir. Bütün dünyada antibiotiklərin reseptsiz satışına icazə verilməməsi qəbul olunub. Respublikamızda da bu işə nəzarət artıq ciddi tədbirlərlə həyata keçiriləcək. Vacib olan məqam odur ki, artıq xəstəxanalarımız da elektron resept sisteminə keçiriləcək. Bu da həkimlərimizi kağız üzərinə yazılmış reseptlərdən qurtaracaq. Apteklər yazılmış elektron resept üzərindən vətəndaşlara dərmanları təqdim edəcək. Bu da antibiotiklərin və digər reseptsiz satışa icazəsi olmayan dərmanların satışının qarşısını almağa gətirib çıxaracaq. Bu, qısamüddətli proses deyil. Səhiyyə Nazirliyi ilə bu istiqamətdə işlərimiz davam edir".
Xəbər lenti
0