CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxarı ətrafları amputasiya olunmuş qazilər son nəsil protezlərlə təmin ediliblər

© Photo : Ministry of Labour and Social Protection of Population of Azerbaijan RepublicYuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
Yuxarı ətrafları amputasiya olunmuş daha 4 qazi son nəsil protezlərlə təmin edilmələri üçün hazırlıq mərhələsindədirlər, yaxın günlərdə onlara da həmin protezlər veriləcək.
BAKI, 6 oktyabr — Sputnik. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarı ətrafları amputasiya olunmuş 6 qazini yüksək texnologiyalı protezlərlə təmin edib.
Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində İslandiyanın ÖSSUR şirkətinin nümayəndələri ilə birgə ilkin mərhələdə onlardan ölçülər götürülüb. Protezləşməyə hazırlıq mərhələsindən sonra bu gün onlara yüksək texnologiyalı protezlər təqdim olunub. Həmin 6 qazi bionik əllərlə təmin edilib.
© Photo : Ministry of Labour and Social Protection of Population of Azerbaijan RepublicYuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi
Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş daha 4 qazi son nəsil protezlərlə təmin edilmələri üçün hazırlıq mərhələsindədirlər, yaxın günlərdə onlara da həmin protezlər veriləcək. Vətən müharibəsi qazilərindən yuxarı ətraflarını itirmiş 29 nəfərin hər birinin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulub ki, onlardan 6-na həmin protezlər verilib.
© Photo : Ministry of Labour and Social Protection of Population of Azerbaijan RepublicYuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatı prosesi
Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan ÖSSUR şirkəti yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. "ÖSSUR Touch Bionics" protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. "ÖSSUR i-Limb Ultra" bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.
Ümumilikdə, 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminat işləri də aparılır və ümumilikdə 149 qazi son nəsil protezlərlə təmin edilib.
Xəbər lenti
0