https://sputnik.az/20211006/bakinin-meshur-mekteblerinde-covid-19-askarlanib-433927988.html
Bakının məşhur məktəblərində COVID-19 aşkarlanıb
Bakının məşhur məktəblərində COVID-19 aşkarlanıb
Sputnik Azərbaycan
Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T11:10+0400
2021-10-06T11:10+0400
2021-10-06T11:21+0400
səhiyyə
məktəb
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:320:3073:2048_1920x0_80_0_0_f1c2ddef339c2c1faf7180d406fba81d.jpg
BAKI, 6 oktyabr — Sputnik. Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.Sputnik Azərbaycan "Report"-a istinadla xəbər verir ki, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.Analoji hadisə "Baku Oxford School"-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8ç sinfində 3 şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub. Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:0:2731:2048_1920x0_80_0_0_11d3a78958d7765865415fe23c562113.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məktəb, koronavirus
Bakının məşhur məktəblərində COVID-19 aşkarlanıb
11:10 06.10.2021 (Yenilənib: 11:21 06.10.2021) Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.
BAKI, 6 oktyabr — Sputnik. Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.
Sputnik Azərbaycan "Report"-a istinadla xəbər verir ki, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Analoji hadisə "Baku Oxford School"-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.
Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8ç sinfində 3 şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.
Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.