DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da müsəlman hərbçilər donanmanı məhkəməyə verdi

© AP Photo / Alex BrandonABŞ hərbçiləri, arxiv şəkli
ABŞ hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2021
Abunə olmaq
BAKI, 6 oktyabr — Sputnik. ABŞ-da üç müsəlman və bir yəhudi əsgər saqqal saxlama haqlarının pozulmasını əsas gətirərək hərbi xidmət keçdikləri donanmanı məhkəməyə verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı ofisi Nyu-Yorkda yerləşən "Hamodia" nəşri məlumat yayıb.
Məhkəmə iddiasını qaldıran müsəlman dənizçilərdən birinin vəkili qeyd edib ki, "USS Theodore Roosevelt" təyyarə gəmisində xidmət aparan əsgərlərin dini baxımdan saqqal saxlamasına icazə verilmir. Onun sözlərinə görə, digər dənizçilər tibbi səbəblər göstərərək saqqal saxlaya bilərlər.
İşlə bağlı məhkəmənin yaxın zamanda keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ donanmasında ümumi olaraq hərbçilərin dini baxışlarına görə saqqal saxlamasına icazə verilmir. Lakin komandanlıq hərbçilərə müəyyən dövrdə qısa müddətli güzəştlər edir.
Xəbər lenti
0