Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Tehranda kritik görüş – Azərbaycan və Türkiyə səfirləri bir araya gəldilər

© AFP 2023 / ATTA KENARETehran şəhərinə mənzərə, arxiv şəkli
Tehran şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehranda Türkiyənin bu ölkədəki səfiri Derya Örslə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Əlizadə öz "Twitter" hesabında yazıb.
"Digər qardaş ölkənin səfirliyini, Türkiyənin Tehrandakı səfirliyini ziyarət etdim və öz həmkarım, əziz qardaşım səfir Derya Örslə isti və xoş görüş keçirdim", - deyə səfir Əlizadə yazıb.
Qeyd edək ki, avqustun 7-si Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ə.Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin olunub.
O, daha əvvəl Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2016–2021), İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının keçmiş baş konsulu (2010–2016) olub.
Xəbər lenti
0