QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şərəfli Zəfər tarixi: Oktyabrın beşində azadlığa qovuşan torpaqlarımız

© AR Ministry of Defence Cəbrayıl rayonunun Məzrə kəndi
 Cəbrayıl rayonunun Məzrə kəndi - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Sputnik Azərbaycan şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edir.
Üç il əvvəl bu gün - oktyabrın 5-də Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.
Sputnik Azərbaycan bildirir ki, rayonun inzibatı mərkəzi isə oktyabrın 4-də düşmənlərdən təmizlənib.
Vətən müharibəsi
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.
Xəbər lenti
0