Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Getdik!": Kosmosda çəkiləcək "Çağırış" filmi barədə məlum olanlar

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidBeynəlxalq Kosmos Stansiyasına 66-cı ekspedisiyanın əsas heyət üzvləri
Beynəlxalq Kosmos Stansiyasına 66-cı ekspedisiyanın əsas heyət üzvləri - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Komandanın seçim mərhələsi çox sərt olub. Baş qadın roluna açıq müsabiqə elan olunub, daha sonra finala çıxmış 20 nəfər həkim-ekspert komissiyasından keçiblər.
BAKI, 5 oktyabr — Sputnik, Anna Nexayeva. Rusiya kinematoqrafçıları Hollivuddan olan həmkarlarını qabaqlayaraq ilk dəfə kosmosa yollanıblar. Beləliklə, "Çətin tapşırıq" seriyasından növbəti filmi kosmosda çəkməyə hazırlaşan Tom Kruz və rejissor Daq Laymen ən yaxşı halda ikinci ola biləcəklər.
Sentrafuqadan, barokameradan keçən aktyorlar artıq çəkisizlik şəraitində işləməyə hazırdırlar. "Kino heyəti"-i kosmosa yola düşməzdən əvvəl bir sıra məqamlara aydınlıq gətirilib.
Artıq kosmosda kino çəkmək reallığa çevrilir. Aktyorlardan bu işi ilk dəfə görən isə "Çağırış" filminin baş rol oyunçusu Yuliya Peresild olacaq.
"Aktrisa zərif, məlahətli, həssas olmalıdır, kosmonavtlarda isə hər şey tərsinədir: çox səliqə-səhmanlı və diqqətli olmalısan. Görək, bizdə necə alınacaq. Ancaq bu saat mən özümü aktrisa və kosmonavtdan çox, böyük bir möcüzə ilə qarşılaşacaq insan kimi hiss eləyirəm", – Yuliya belə deyir.
Uçuş günü layihənin mərkəzi lokasiyası Baykonurdur. Tarixdə ilk dəfə kino heyəti "Soyuz MS-19" hava gəmisində kosmosa məhz buradan yola düşəcək.
"Çağırış" – elmi-maarifləndirci layihədir. Ancaq filmin süjet xətti hələlik gizli saxlanılır. Yalnız o məlumdur ki, bu, bir ay ərzində uçuşa hazırlanaraq Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşməli olan qadın həkim (Peresild) haqqında dramatik filmdir. O, kosmik stansiyada heyət üzvlərindən birinin həyatını xilas etməlidir.
Bu məxfilik çoxlarını həyəcanlandırır. Ssenaridən Uşuşlara Nəzarət Mərkəzinin mütəxəssisləri belə məlumatsızdırlar.
© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidBeynəlxalq Kosmos Stansiyasına 66-cı ekspedisiyanın əsas heyət üzvləri, aktrisa Yulia Peresild, kosmonavt Anton Şkaplerov və rejissor Klim Shipenko
Члены основного экипажа 66-й экспедиции на Международную космическую станцию актриса Юлия Пересильд, космонавт Антон Шкаплеров и режиссер Клим Шипенко (слева направо) на пресс-конференции на космодроме Байконур - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Beynəlxalq Kosmos Stansiyasına 66-cı ekspedisiyanın əsas heyət üzvləri, aktrisa Yulia Peresild, kosmonavt Anton Şkaplerov və rejissor Klim Shipenko
"Əgər mərkəzin planlaşdırcı və əməliyyatçıları, tibbi təminat qrupu nə baş verdiyini anlamadan yalnız fakt üzrə hərəkət edirlərsə, bu doğru deyil. Bu həm heyətin işinin effektivliyinə, həm də təhlükəsizliyə təsir göstərir", - deyə RİA Novosti-yə müsahibəsində 1-ci dərəcəli sınaq-kosmonavt-təlimatçısı, üç dəfə kosmosda olmuş həkim, Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun direktor müavini Oleq Kotov bildirir.
Yol – layihə iştirakçılarının hazırlığında mühüm mərhələdir. Yuliya Peresild deyir ki, təhlükəsizlik üçün aktyorlar dublyorları ilə ayrı-ayrı avtobuslarda yola düşüblər.
"Tez-tez dəvə sürüsü ilə qarşılaşırıq. Yeri gəlmişkən, burada müxtəlif rəngdə, fərqli dəvə cinslərinə rast gəlmək olar. Yolumuza çıxır, tərpənmirlər ki, hərəkət edək. Bəzən yorğunluqdan və qrafikin ağırlığından elə avtobusdaca yatmalı oluruq. İmkan düşən kimi yoldaca filmi məşq edir, işləyirik", – deyə aktrisa təəssüratlarını bölüşüb.
Ulduzlar şəhəri – ənənəyə uyğun olaraq kosmosa uçmaq iddiasında olanların seçildiyi yerdir. Layihədə iştirak etmək istəyənlər Kosmonavtların Hazırlıq Mərkəzində bir xeyli qalmalı, çətin sınaqlardan keçməli olublar. İddiaçılar (Peresilddən başqa, aktrisalar Sofya Arjakovskaya və Alyona Mordovina, pilot Qalina Kairova) otorinolarinqoloq və oftalmoloqun qəbulu ilə yanaşı, sentrifuqa və barokameradan keçməli olub, eləcə də kosmonavtlara tətbiq olunan başqa prosedurlara cəlb ediliblər. Çəkisizlik şəraitində iş barədə isə heç danışmırıq.
Klim Şipenko – kosmosa uçan və orada film çəkən ilk rejissor olacaq. Hərçənd bu mövzu onun üçün yeni deyil, 2017-ci ildə orbital stansiyadan bəhs edən "Salyut-7" filmini çəkib. Üstəlik, "Qızıl qartal" mükafatının ikiqat qalibidir. O həm də Rusiya və MDB-də ən çox kassa gəliri gətirən (üç milyard rubl) "Nökər" filminin rejissorudur.
Heyətin yemək menyusu rəngarəng olacaq: gündə üç dəfə əsas yemək və qəlyanaltı. Bununla belə "kino heyəti" üçün heç bir ayrı-seçkiliyə yol verilməyəcək, hər şey standartlara uyğun olacaq.
"Birinci gün onlara səhər yeməyində yumurtalı donuz əti, kəsmik, "Russkoe" peşenyesi və vitaminlər veriləcək. Naharda "Lyubitelskya" kürüsü, ətli borş, azu (tatar yeməyi) və "Borodinski" çörəyi, alma deserti olacaq. Şam yeməyində isə kartof püresi ilə qulyaş, göy lobya salatı, zəncəfilli peçenye. İçkilər qəhvə, çay və kakaodan ibarət olacaq", – deyə Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun Qidalanma şöbəsinin müdiri Aleksandr Aqureyev məlumat verir.
Uçuşdan əvvəl isə kosmosa yeni qədəm basmağa hazırlaşanlara bir qədəh şampan şərabı təklif ediləcək.
© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidAktrisa Yulia Peresild
Член основного экипажа 66-й экспедиции на Международную космическую станцию актриса Юлия Пересильд перед стартом космического корабля Союз МС-19 на космодроме Байкону - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Aktrisa Yulia Peresild
Normal həyatda bizə adi gələn vərdişlər kosmosda əməlli-başlı problemdir. Axı yatmaq, özünə qulluq və başqa gündəlik yerinə yetirdiyimiz işlər çəkisizlik şəraitində əsl işgəncəyə çevrilir. Peresild və Şipenko etiraf edirlər ki, stajlı kosmonavtlar yuyunmaq və istirahətlə bağlı öz təcrübələrini onlarla bölüşüblər.
"Divarlara toxunmadan yatmaq çətindir. Deyirlər ki, gün ərzində həddən artıq yorulsan belə, bəzən çox çətinliklə yuxuya gedirsən. Əl-ayağını nisbətən rahat vəziyyətdə uzatmağa çalışırsan", – deyə RİA Novosti-yə müsahibəsində kosmonavt Oleq Kotov bildirib.
Üstəlik, BKS-də heç vaxt işığı söndürmürlər, ventilyatorların və işləyən digər cihazların səsi də kəsilmir.
Komandanın seçim mərhələsi çox sərt olub. Baş qadın roluna açıq müsabiqə elan olunub, daha sonra finala çıxmış 20 nəfər həkim-ekspert komissiyasından (tibbi, psixoloji tələblərə cavab vermək, fiziki hazırıq və yararlılıq baxımından ) keçiblər.
Peresild və onun dublyoru Alyona Mordovina komissiyadan uğurla keçiblər. Rejissor Şipenko da, operator Aleksey Dudun də sürətləndirilmiş hazırlıq kursuna cəlb olunublar ki, bu da bir neçə ay davam edib.
Rusiya estradasının primadonnası baş rol oyunçusu Peresildə müraciət video lentə alaraq aktrisanı dəstəkləyib.
"Əzizim Yuliya, sən bu hadisəyə çoxdan hazırlaşırsan. Bir işə bu qədər zəhmət çəkirsənsə, mütləq alınacaq. Yalnız qanadlarını açıb əvvəlkindən daha yüksəyə uçmaq qalır. Bir də xahiş edirəm, oradan bizim gözəl planetimizə payız öpüşü ğöndərməyi unutma! Səni gözləyirik. Sağ-salamat qayıt!"– Alla Puqaçova öz videosunda belə deyib.
İki həftəlik uçuşdan sonra "kino heyəti"nin reabilitasiya prosesi Ulduzlar şəhərində aparılacaq.
Təcrübəli kosmonavtların sözlərinə görə, adətən, qısamüddətli uçuşlardan sonra insan orqanizm təxminən yeddi günə bərpa olunur. Və yalnız bundan sonra hamını evə buraxırlar.
"Klim periodik olaraq ssenarini dəyişməklə mənim işimi çətinləşdirir. Yenidən əzbərləməli oluram və bu heç də məktəbdə oxuduğumuz mətnlərə bənzəmir. Bizim kimi qeyri-peşəkar aktyorlar üçün çətindir, amma səy göstəririk", – deyə Peresildi BKS-ya aparan kosmonavtın rolunu oynayacaq hava gəminin kapitanı Anton Şkaplerov şikayətlənir.
© POOL / Mediabanka keçidBeynəlxalq Kosmos Stansiyasına 66-cı ekspedisiyanın əsas heyət üzvləri, aktrisa Yulia Peresild, kosmonavt Anton Şkaplerov və rejissor Klim Shipenko
Члены основного экипажа 66-й экспедиции на Международную космическую станцию актриса Юлия Пересильд, космонавт Антон Шкаплеров и режиссер Клим Шипенко перед стартом космического корабля Союз МС-19 со стартового комплекса Восток №31 космодрома Байконур - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Beynəlxalq Kosmos Stansiyasına 66-cı ekspedisiyanın əsas heyət üzvləri, aktrisa Yulia Peresild, kosmonavt Anton Şkaplerov və rejissor Klim Shipenko
"Ssenari proses vaxtı adaptasiya olunur, yəni mən kosmonavtları (filmdə iştirak edən-red.) görüb tanıyandan sonra. Qalan aktyorları filmin kosmik hissəsi çəkiləndən sonra seçəcəyik", – deyə Şipenko vurğulayır.
"Çağırış" filmində Sergey Burunov, Vladimir Maşkov, Tatyana Dogilova da oynaya bilərlər. Bundan başqa, Polina Aquryeva, Oleq Novitski, Pyotr Dubrovinin də adı çəkilir. Hər şey ola bilər...
Qeyd edək ki, kosmosa turistlərin göndərilməsinə 2000-ci illərin əvvəllərində başlanılıb. Bu qisimdə ilk dəfə kosmosa ayaq basan şəxs isə italyan mənşəli Amerika sahibkarı Dennis Tito olub. Ondan sonra müxtəlif ölkələrdən olan biznesmenlər kosmosa uçmağa başlayıblar. 2015-ci ildə müğənni Sara Braytmanın kosmosa uçusu nəzərdə tutulsa da, sonradan fikrindən daşınıb.
Kosmosa uçuş turistlərə baha başa gəlsə də (bir neçə milyon dollar), bu arzuya düşənlərin sayı kifayət qədərdir. Və budur, artıq kino aktyorları və rejissorlar da kosmik aləmdə film çəkməyə yollanırlar.
Kosmosdan translyasiya fransız, ingilis, ispan və rus dillərində həyata keçiriləcək. Özü də dünyanın istənilən yerindən izləmək mümkün olacaq.
Layihə ilə bağlı rəqəmlər heyrət doğurur. "Kino heyəti" kosmosda düz 12 gün keçirəcəklər. Onların qayıdışı oktyabrın 17-ə planlaşdırlıb. Şipenko ümid edir ki, bundan sonra təxminən 35-40 dəqiqəlik çəkiliş materialı son montaj prosesinə gedəcək. Rejissor onu da bildirib ki, kosmosda mümkün qədər çox çəkiliş aparmaq niyyətindədirlər.
Baykonurdan raketin buraxılışını real vaxt rejimində izləmək mükün olacaq.
"Soyuz MC-19" idarə olunan kosmik gəminin buraxılışı Birinci Kanalın saytında və sosial şəbəkələrdə, eləcə də Start onlayn platformasında və "Moskino Kosmos" kinoteatrında birbaşa yayımlanacaq.
Yayımı tele-aparıcı Vladimir Pozner və kosmonavt Aleksandr Misurkin şərh edəcəklər.
"Mən də istəyirəm!" – yəqin yayımdan sonra çoxları bu fikrə düşəcək. Axı kim hava gəmisinin illüminatorundan kosmik fəzanın ənginliklərinə tamaşa etmək istəməz ki!
Artıq kosmosa turist kimi səfər etmək daha da asanlaşır...
Xəbər lenti
0