Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bərdəyə yağan mərmidə ərini itirən qadın: "Bilmədim ki, ölməkdə olan adam Caviddir"

© Sputnik / Emin AlisahibCavid Rüstəmovun fotoları
Cavid Rüstəmovun fotoları - Sputnik Azərbaycan, 1920, 05.10.2021
İndi Cavidin ailəsi onun yoxluğuna çətin alışsa da, öz mətinliyini qoruyur. Çünki ailə başçısının qanı yerdə qalmayıb.
BAKI, 5 oktyabr — Sputnik. Ötən ilin bugünü Bərdəyə düşən mərmilər bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub. Daha sonra yaralılardan biri 45 yaşlı Cavid Əli oğlu Rüstəmov da həyatını itirib. Mərhumun həyat yoldaşı Rüxsarə Ağayeva deyir ki, hadisədən öncə 3 dəfə onunla telefon əlaqəsi saxlayıb.
“Cavid diş həkiminə gedirdi. Mən özüm də mərmi düşən yerin yaxınlığında aptekdə idim. Amma bilmirdim Cavid ordadı Amma bilmədim, onun yanına düşməsin. Yaxın idim. Qəfildən güclü partlayış səsi gəldi. Gördüm hamı ora-bura qaçır ki, ermənilər Bərdəni vurdular. Elə aptrekdə idim. Çıxdım. Tez zəng elədim yoldaşıma. Gördüm çağırır, götürmür. Axrıncı dəfə mənimlə danışanda demişdi ki, qardaşımla ASAN xidmətə gedəcəm. Sonra qaynıma zəng elədim. Elə bildim onunla bir yerdədi. Qaynım dedi ki, yox gedəsi olmadıq, Cavidi aparıb evə qoydum. Evə getmək üçün mindim marşruta, hadisə baş verən yerin düz yanından keçdim. Amma bilmədim ki, oradakı Caviddir”.
© Sputnik / Emin AlisahibCavid Rüstəmovun həyat yoldaşı Rüxsarə Ağayeva
Cavid Rüstəmovun həyat yoldaşı Rüxsarə Ağayeva  - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Cavid Rüstəmovun həyat yoldaşı Rüxsarə Ağayeva
Sən demə, evə gələn Cavid Rüstəmov yenidən şəhər mərkəzinə qayıdıb. Bunu isə mərhumun qardaşı Cəlal Rüstəmov deyir:
“Biz səhər saatlarında görüşdük. Təxminən bir saat bir yerdə olduq. Sonra bir iş dalınca gedəsi idik, alınmadı. Mən qaytardım onu evə. Özüm də getdim iş yerinə. Təxminən 11 raddələrinə Bərdəyə atdılar”.
Müsahibimiz Cəlal Rüstəmov qardaşının evdə olmasından arxayınlaşdığından bacısını da götürüb, evə yollanır. Yolda xəbər tutur ki, qardaşı yaralanıb:
© Sputnik / Emin AlisahibCavid Rüstəmovun qardaşı Cəlal Rüstəmov
Cavid Rüstəmovun qardaşı Cəlal Rüstəmov  - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Cavid Rüstəmovun qardaşı Cəlal Rüstəmov
“Yolda xəstəxanadan zəng elədilər, dedilər qardaşın yaralıdı. Amma ağır yaralı deyil gəl xəstəxanaya. Getdim xəstəxanaya, baxdım ki, qardaşım ağır yaralıdı. Bərdədə həkimlər onun sağalması üçün çox çalışdılar, ancaq alınmadı. Bakıya göndərəsi oldular. Bakıya gedəndən sonra dünyasını dəyişdi”.
Şəhid Cavid Rüstəmov ailəli olub, 2 övladı var. Həmin günü o, evdən çıxanda oğlunu da özü ilə aparmaq istəyib. Amma son anda baş verən bir hadisə onu fikrindən daşındırıb. Mərhumun oğlu Tunar hadisəni belə xatırlayır:
© Sputnik / Emin AlisahibCavid Rüstəmovun fotoları
Cavid Rüstəmovun fotoları - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Cavid Rüstəmovun fotoları
“Atam mənə dedi ki, gedirsən diş həkiminə. Sonra diş həkimi zəng elədi ki, uşağı gətirmə, işıq sönüb, aparat işləməyəcək. Mən qaldım evdə, atam getdi. 1 saatdan sonra güclü səs gəldi. Bacımla mən evdə tək idik. Elə bildik göy guruldadı. Ev sirkələndi. Sonra bildik ki, Bərdəni vurublar. Biz qorxduq ki, anama nəsə olar. Anam 20 dəqiqədən sonra aptekdən gəldi. Sonra biz qorxduğumuzdan nənəmgilə getdik. Sonra dedilər atam yaralanıb”.
İndi Cavidin ailəsi onun yoxluğuna çətin alışsa da, öz mətinliyini qoruyur. Mərhumun qardaşı bildirir ki, bu gün torpaqlarımızın işğaldan azad edilməsi Cavidin qanının yerdə qalmaması deməkdir:
© Sputnik / Emin AlisahibCavid Rüstəmovun fotoları
Cavid Rüstəmovun fotoları - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Cavid Rüstəmovun fotoları
“Şəhidlərimizin qanı yerə qalmadı. Allah xalqımızı, ordumuza, ali baş komandanımıza qorusun. Xalqımız, ordumuz var olsun”.
Şəhidin oğlu Tunar atası ilə son görüşünü belə xatırlayır:
“Mən atamla son dəfə Bərdədə xəstəxanada görüşmüşəm. Sonra atamın öldüyünü dedilər. Amma mən möhkəməm. Fəxr edirəm ki, ordumuz atamın qisasını aldı”.
Qeyd edək ki, 5 oktyabr 2020-ci ildə erməni silahlı birləşmələrinin Bərdəni hədəfə alması nəticəsində 2 nəfər müklü şəxs həlak olub. Onlar Şəhla Mehdiyeva və Cavid Rüstəmovdur.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала