QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlk böyük qələbə: Cəbrayılın işğaldan azad edilməsindən üç il ötür - VİDEO

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDurnalar Cəbrayıl rayonunda Araz vadisində, arxiv şəkli
Durnalar Cəbrayıl rayonunda Araz vadisində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Sputnik Azərbaycan şərəf tariximiz olan İkinci Qarabağ müharibəsinin ən yaddaqalan məqamlarını oxuculara çatdırmaqda davam edir.
Üç il əvvəl bu gün Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcal, Mahmudlu, Cəfərabadı azad edib.
Sputnik Azərbaycan bildirir ki, bu möhtəşəm xəbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.
Oktyabrın 9-da isə Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl şəhərinə üçrəngli bayrağımızın sancıldığını əks etdirən görüntüləri paylaşıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin on mindən çox hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif edilənlərin 1-i general-leytenant, 1-i general-mayor, 40 nəfəri polkovnikdir.
Vətən müharibəsi
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.
Xəbər lenti
0