Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Saat yarıma altı şərab - Ekzotik şərab istəyən Azərbaycana gəlsin

© Sputnik / Murad OrujovŞamaxı rayonunun Meysəri kəndində
Şamaxı rayonunun Meysəri kəndində - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
Rusiyadan başlayıb, Azərbaycanda keçməklə Gürcüstanda bitəcək marşrutun təşkilatçıları əmindirlər ki, necə ki genatsvalelər çaça ilə məşhurlaşıblar, Şamaxıda Meysəri meyini dadan turistlər də ayrı şəraba gözlərinin ucu ilə baxmayacaqlar.
BAKI, 3 oktyabr — Sputnik. Azərbaycanda yeni turizm marşrutu fəaliyyətə başlayır. "İter Vitis Qafqaz" şərab marşrutu Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrutdur. Sputnik Azərbaycan hazırda dünyada populyar olan şərab turizm marşrutunun Azərbaycanda necə təşkil ediləcəyi barədə reportajı təqdim edir:
Hələ Sovet dövründən ölkəmizdə şərabçılıq ənənəsinin olduğu, yəqin ki, çoxlarının yadındadır. Becərilən üzüm sortları, şərab zavodları ölkəmizin bu sahədə təcrübəsindən xəbər verir. Amma Sovetlər Birliyi dağıldıqdan sonra ucu-bucağı görünməyən üzüm bağları qırılaraq pay torpağı kimi yerli sakinlərə paylanıldı, şərab çənləri paslanaraq lazımsız dəmir parçasına çevrildi. Bəs görəsən, Azərbaycanda bu sahə yenidən necə dirçəldiləcək? Şərab turizm marşrutu vaxtilə üzümçülüyün inkişaf etdiyi bölgələrdən də keçəcəkmi?
© Sputnik / Zulfiyya GuluyevaŞamaxı rayonunun Meysəri kəndində
Şamaxı rayonunun Meysəri kəndində  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şamaxı rayonunun Meysəri kəndində

Şərab marşrutu artıq bəllidir

Elə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində təşkil olunan "Azərbaycanda şərab turizmi və şərab marşrutları" mövzusu üzrə təqdimata gələrkən yol boyu bizi düşündürən bu suallara Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova cavab verdi. Ş.Həsənova bildirdi ki, şərab marşrutunun xəritəsi artıq bəllidir. Çoxsaylı turistlərin maraq dairəsində olan şərab turizmi Azərbaycanda Bakıdan başlayaraq Novxanıdan keçməklə, Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ, Şəmkir, Göygöl marşrutları üzrə davam edəcək. Onun sözlərinə görə, Azərbaycanda qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə 25-dən çox şərab zavodu mövcuddur. Ş.Həsənova qeyd edib ki, Qarabağ ərazisində Xocavənd rayonu Tuğ kəndi ərazisində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq: "Tuğ ərazisində əvvəllər şərab zavodu olub və bu zavod bərpa olunacaq. Orada xındoğlu üzüm növündən hazırlanan şərablar turistlərə təqdim ediləcək".
Beynəlxalq səviyyədə tanınan üzüm sortları, eləcə də bir çox yerli alternativlərlə şərabçılıq təcrübəsi ölkəmizdə inkişaf etdirilir. Ş. Həsənova deyir ki, Azərbaycandakı şərab zavodları hansı şərabı istehsal edirsə, həmin növ üzüm sortlarını yetişdirir. Şöbə müdiri deyir ki, bəzi üzüm sortları ola bilər ki, şərab zavodlarının yerləşdiyi ərazidə yetişdirilməsin. Bu zaman həmin sort üzüm hansı ərazidə daha yaxşı yetişirsə, şərab istehsalçıları xammalı həmin bazalardan alırlar. Ş. Həsənova deyir ki, Azərbaycanda Şirvan dərəsi üzümçülük üçün ən münbit torpaq sayılır. Onun sözlərinə görə, bu ərazidə müxtəlif üzüm sortlarını görmək mümkündür. Azərbaycanda bütün növ üzümlər bu ərazidə yetişdirilir. Hətta xarici üzüm sortları da bu ərazidə var.
© Sputnik / Zulfiyya GuluyevaTurizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova
Şamaxı rayonunun Meysəri kəndində  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova

Rusiyadan başlayıb, Azərbaycandan keçib Gürcüstanda bitəcək

Şöbə müdiri deyir ki, Azərbaycanda indiyədək transmilli turizm marşrutu olmayıb. Ş.Həsənovanın sözlərinə görə, transmilli şərab marşrutu üzərində işlər davam etdirilir: "Bu marşrut Rusiyanın Krasnodar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır. Azərbaycanda isə bu marşrut Bakıdan start götürür".
Onun sözlərinə görə, hazırda Qafqaz ölkələrindən Gürcüstan şərab turizmi ilə çox məşğuldur. Ş. Həsənova deyir ki, Gürcüstan şərabçılığın vətəni olduğunu iddia etsə də, şərab ilk dəfə ümumiyyətlə Qafqazda yaranaraq Avropaya ötürülüb. Şöbə müdiri bildirib ki, Azərbaycan şərabçılıq üzrə rus və ingilis dillərində fəaliyyət göstərən ilk onlayn portal olan "Azerbaijanwine.az" saytını yaradıb. Portalda Azərbaycanın şərab ənənələri, ən yaxşı şərab təcrübələri və digər mühüm informasiyaların yerləşdirilib.

Ekzotik şərab sevənlər Azərbaycana üz tutacaqlar

Büro rəsmisi deyir ki, Azərbaycan ekzotik şərab kateqoriyasındadır. Qafqaz ekzotik şərab regionu sayılır. Ona görə də, xarici turistlər ekzotik şərablara maraq göstərərkən Azərbaycanda şərab marşrutu onlara cəlbedici gələcək. Onun sözlərinə görə, necə ki, çaça şərabını ancaq Gürcüstanda içmək mümkündür, "Mədrəsə" şərabının məziyyətlərini də turist ancaq Azərbaycanda içməklə bələcək.

Meysəri turist oylağına çevriləcək

O ki qaldı ölkəmizdə turistləri cəlb etmək üçün keyfiyyətli şərab istehsalına, artıq belə bir müəssisə Şamaxının Meysəri kəndində yaradılıb. Burada müəssisənin nümayəndəsi Nicat Məhərrəmov jurnalistlərə məlumat verib ki, şərabın istehsalı prosesində heç bir kimyəvi qatqıdan və əlavə şəkərdən istifadə olunmur. Burada turş şərab növləri istehsal olunur ki, bu da dünyada ən yüksək keyfiyyətli şərab sayılır.
© Sputnik / Zulfiyya GuluyevaŞamaxı rayonunun Meysəri kəndində
Şamaxı rayonunun Meysəri kəndində  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şamaxı rayonunun Meysəri kəndində
N.Məhərrəmov deyib ki, artıq Şamaxıda yerləşən bu müəssisə orqanik biosertifikat da alıb:
"Bu sənəd ancaq Avropa Birliyinin icazəsi əsasında verilir. 2014-cü ildə Avropadan nümayəndə heyəti gələrək torpaqdan nümunə götürüb. Həmin nümunələr Fransaya göndərilib. Bundan sonra Meysəri kəndində yetişən üzümlərdən istehsal olunan şəraba orqanik yaza bilirik. Bunun üçün əsas şərtlərdən biri şərab üçün istehsal olunan üzüm bağının əsas magistral yoldan və sənaye obyektlərindən ən azı 500 km uzaq olmasıdır. Meysəri kəndində 220 hektar üzüm bağı salınıb. Yola yaxın ərazidə salınan bağdan isə ancaq süfrə üzümü yığılaraq gələn qonaqlara təqdim edilir".
Nicat Məhərrəmov
"Meysəri" şərab zavodunun nemayəndəsi
N. Məhərrəmov bildirir ki, tinglər 3 yaşa çatmamış onların məhsulundan şərab istehsalında istifadə olunmur. İl ərzində müəssisədə 520 min şüşə şərab istehsal olunur. "Meysəri" Azərbaycanın ilk orqanik bioşərabı kimi yerli və dünya bazarına daxil olur.
Həmsöhbətimiz deyir ki, şərab istehsalında istehsal xərcini artıran amillərdən biri şərabın qablaşdırılması üçün şüşənin və mantarın xaricdən alınmasıdır. Onun sözlərinə görə, əksər qablaşdırma məhsulları Fransadan alınır. Dörd ildir ki, istehsala başlayan müəssisənin məhsulları elə də mənfəət güdülmədən satılır. N. Məhərrəmov deyir ki, müəssisə altı adda şərab istehsal edir. Bunlardan qırmızı şərablar "Məxmər"i, "Mərcan və "İnnabı" şərabları, iki ağ şərab "Sədəf" və "Billuri", çəhrayı şərab isə "Sənəm"dir. "Sənəm" şərabı istisna olmaqla digər şərablar müxtəlif üzüm sortlarının qarışığıdır.
© Sputnik / Zulfiyya GuluyevaŞamaxı rayonunun Meysəri kəndində
Şamaxı rayonunun Meysəri kəndində  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şamaxı rayonunun Meysəri kəndində

Dequstasiya qiymətləri necədir?

Müəssisədə istehsal olunan şərab yaxındakı restoranda dequstasiya üçün gələn qonaqlara təqdim edilir. Şərabların dequstasiya zalında bizə bildirdilər ki, dequstasiya 3 növ şərab, çeşidli pendirlər, quru meyvələr, banan, bal təqdim edilməklə, qonaq sayı 6 nəfərdən çox olarsa, bir nəfər üçün qiymət 20 manatdır. Qonaq sayı iki-beş, bir nəfər arası olduqda qiymət sadalananlar daxil olmaqla 30 manat təşkil edir. Əgər gələn qonaqlar 6 növ şərabın dadına baxmaq istəyirlərsə, bu zaman qonaq sayı 6 nəfər olarsa - 50 manat, az olarsa - 60 manat ödəməlidirlər. Dequstasiya üçün ayrılmış vaxt isə bir saat yarımdır. Dequstasiya turuna zavoda giriş, üzüm bağı ilə tanışlıq da daxildir. Qonaqlar dequstasiya üçün restoranla əlaqə saxlayaraq bir gün əvvəldən rezervasiya etməlidirlər. Qısa müddətə rəğmən, restorandan bildirdilər ki, dequstasiyaya yerli turistlər tərəfindən də maraq böyükdür...
Qeyd edək ki, Azərbaycanda yeni olsa da, dünyanın bir sıra ölkələri şərabçılıq turizmindən milyonlarla gəlir əldə edir. İtaliyada şərab turizmi ildə 2,5 milyard avro gəlir gətirir. Almaniyada bu tip tədbirlərə hər il 50 milyon insan qatılır və onlar səyahətə 5,5 milyard avro xərcləyirlər. ABŞ-da 27 milyon səyahətçi yemək və şərab dequstasiyasına maraq göstərir.
Xəbər lenti
0