CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik becərib satan Salyan sakininə polis mane oldu

© AFP 2023 / LUIS ACOSTANakrotik
Nakrotik - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Təmiz çəkisi 400 qram olan marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 3 ədəd çətənə bitkisi aşkar edilib
BAKI, 2 oktyabr — Sputnik. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Noxudlu kənd sakin Dilavər Rəhimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə təmiz çəkisi 400 qram olan marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 3 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı D.Rəhimov barəsində Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbər lenti
0