DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda seçkilər: "Gürcü arzusu" Tbilisidəki qalibiyyətini bayram etməyə başlayıb

© Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçid"Gürcü Arzusu" partiyasının bayrağı olan avtomobil, arxiv şəkli
Gürcü Arzusu partiyasının bayrağı olan avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” partiyası üstünlük qazanıb.
BAKI, 2 oktyabr - Sputnik. Gürcüstanın "Gürcü Arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, “Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib:
“Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.
O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub: “Sabahdan inkişaf və sabitlik dövrü başlayır”.
***
Gürcüstanda keçirilən yerli seçkilərdə “Gürcü Arzusu” partiyası 38,6% səslə liderlik edir, “Milli Hərəkat” partiyası isə 33% səs toplayıb.
Sputnik Gürcüstan xəbər verir ki, bunu “Mtavari Arkhi” telekanalının keçirdiyi “exit-poll” göstərir.
“İmedi” telekanalının “exit-poll” nəticələrinə görə, “Gürcü Arzusu” 47,6% səslə liderdir, “Milli Hərəkat” isə 27,1% səslə ikincidir.
“Formula” telekanalının keçirdiyi “exit-poll” nəticələri isə göstərir ki, Kaxa Kaladze Tbilisi meri seçkilərində 43% səslə liderlik edir, Nika Meliyanın 39% seçki səsi var.
“İmedi”nin məlumatlarına görə, K.Kaladze 51,3% səslə birinci, N.Meliya 34,6% səslə ikincidir. Eyni zamanda, “Mtavari Arkhi” kanalının “exit-poll” nəticələrində Meliyanın 40,8% səslə lider olduğu, Kaladzenin isə 40,2% səslə onun ardınca gəldiyi göstərilir.
Xəbər lenti
0