DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan səfiri Saakaşviliyə görə Ukrayna XİN-ə çağırıldı

© Sputnik Мирослав РотарьЗдание Министерства иностранных дел Украины в Киеве
Здание Министерства иностранных дел Украины в Киеве - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin saxlanılmasına dair əsaslar barədə rəsmi məlumat alınması üçün XİN-ə dəvət edilib.
BAKI, 1 oktyabr - Sputnik. Ukrayna Xairici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib ki, Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin saxlanılmasının səbəbləri və saxlanma şəraiti barədə rəsmi məlumat alınması üçün xarici siyasət idarəsinə dəvət edilib.
Cümə günü, oktyabrın 1-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.
"KİV-də Ukrayna vətəndaşı Saakaşvilinin Gürcüstanda saxlanıldığı barədə xəbəri oxuduq. Bu saxlanılmanın əsasları və aparıldığı şərait barədə rəsmi məlumat almaq üçün Gürcüstanın Ukraynadakı səfirliyinin rəhbəri XİN-ə dəvət olundu", - Nikolenko Twitter-də yazıb.
Mixeil Saakaşvili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Mixeil Saakaşvilinin Gürcüstanda saxlanılması - təfərrüat
Qeyd edək ki, bundan öncə Mixeil Saakaşvili video paylaşaraq Batumidə olduğunu bildirmişdi. Video gecə çəkilib, fonda dənizi də Batumidəki binalara bənzəyən tikililəri görmək olar. Saakaşvili deyib ki, oktyabrın 2-də və 3-də Tbilisidə olacaq, sonra da insanları paytaxtın mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb.
Saakaşvili xeyli əvvəl oktyabrda yerli özünüidarətmə orqanlarına keçiriləcək seçkilərə görə vətəninə qayıdacağını bildirmişdi. Gürcüstan hökuməti onu bir neçə cinayət işi üzrə dövlət daxilində axtarışa verib. Hakimiyyət nümayəndələri isə dəfələrlə deyiblər ki, sərhədi keçən kimi Saakaşvilini həbs edəcəklər.
Xəbər lenti
0