DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Bomj"lar məşhur azərbaycanlının binasını talayaraq dağıdıblar

© AFP 2023 / OZAN KOSE Rza Zərrab
Rza Zərrab - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Narkoman, oğru və səfillər Rza Zərraba məxsus olmuş binada qaldıqları müddətdə oranı talayıblar və darmadağın ediblər.
BAKI, 2 oktyabr — Sputnik. ABŞ-a qaçdıqdan sonra mal-mülkünə həbs qoyulan azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyənin Fındıqlı adlanan ərazisindəki "Roysar Holding"inin binası bomjlar tərəfindən talanaraq yerlə-yeksan edilib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 2010-cu ildə 5 milyon Türk Lirəsi hesabına tikilən "Roysar Holdinq"in binası narkomanlar, oğrular və bomjların müvəqqəti yaşayış yerinə çevrilib. Onlar burada qaldıqları müddətdə binadakı pəncərələri, şüşələri qıraraq yerlə-yeksan edib, talayıblar.
Ətrafda yaşayan sakinlər isə artıq həmin ərazidən keçərkən qorxduqlarını bildirirlər. Onların sözlərinə görə, hər axşam həmin əraziyə polis gəlir: "Polislər gələrkən oğrular, narkomanlar qaçırlar. Lakin bir müddət keçdikdə sonra isə yenidən bura gəlirlər".
Onlar ətrafda sakitliyin təmin olunması üçün həmin binaya girişin tamamilə bağlanılmasının tərəfdarıdırlar.
Qeyd edək ki, Zərrab 2016-cı ildə Mayamiyə "Xalqbank"ın keçmiş direktor müavini Hakan Atilla ilə birlikdə saxlanılıb.
Zərrab İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirməkdə ittiham edilib.
O, 2014-cü ildə də Türkiyədə həyata keçirilən 17-23 dekabr antikorrupsiya əməliyyatı çərçivəsində həbs edilmiş, bir neçə ay təcridxanada saxlanılandan sonra azadlığa buraxılmışdı.
Rza Zərrabın iş ortağı Babək Zəncani də İranda həbs olunub və ona edam cəzası kəsilib.
Zərrab ABŞ-da saxlanılarkən bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda günahlandırılıb və bu ittihamlara görə ona 75 il həbs cəzası istənilib.
Rza Zərrab 1983-ci ildə İranda doğulub, Türkiyədə yaşayan Azərbaycanb əsilli iranlı iş adamıdır. O, Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin həyat yoldaşı olub.
Xəbər lenti
0