SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Ərdoğan və Putinin görüşünə münasibət bildirib

© Sputnik / POOL / Mediabanka keçidПрезидент РФ В. Путин провел переговоры с президентом Турции Р. Эрдоганом
Президент РФ В. Путин провел переговоры с президентом Турции Р. Эрдоганом - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
İlham Əliyev deyib ki, Azərbaycan hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndirir.
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-u Soçidə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşə münasibət bildirib.
"Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar", - İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
"Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir", - deyə İlham Əliyev bildirib.
Qeyd edək ki, sentyabrın 29-u Soçidə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Rusiya prezidenti türkiyəli həmkarı ilə görüşün nəticələrini yüksək qiymətləndirib. Öz növbəsində Türkiyə prezidenti də görüşü müsbət dəyərləndirib. Tərəflərin görüş zamanı ikitərəfli münasibətləri, eləcə də regional problemləri - Suriyada, Liviyada, Əfqanıstanda və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiyi bildirilir.
Xəbər lenti
0