Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Qocalar evi" sakinlərinin iştirakı ilə hazırlanan tamaşa nümayiş olunub

© Depositphotos.com / AllaSerebrinaQoca
Qoca - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
BAKI, 1 oktyabr — Sputnik. Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin və əməkdaşlarının iştirakı ilə hazırlanan tamaşa təqdim olunub.
Sputnik Azərbaycan xəbər verir ki, məşhur türkiyəli yazıçı Toyğun Orbayın "21:15 qatarı" əsərinin motivləri əsasında hazırlanan "23:59 qatarı" adlı tamaşada "Qocalar evi"nin iki sakini və iki əməkdaşı rol alıb.
Təqdimat mərasimində xalq artistləri, incəsənət xadimləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Qeyd edək ki, tamaşa qatar gözləyən iki nəfərin və vağzal gözətçisinin arasındakı dialoqla bağlıdır. Burada həyatın müvəqqəti olması və yaşanılan hər bir dəqiqənin qədrinin bilinməsi əsas mesajdır.
Xəbər lenti
0