Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kamran Əliyev Rusiya və Ermənistan Baş prokurorları ilə hansı məsəlləri müzakirə edib?

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidKamran Əliyev
Kamran Əliyev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması və zərurət yarandığı hallarda bir-birinə köməyin göstərilməsidir.
BAKI, 1 oktyabr — Sputnik. "Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının görüşü keçirildi. Görüşdə razılığa gəlindi ki, əməkdaşlığımız davam etsin".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
"Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması və zərurət yarandığı hallarda bir-birinə köməyin göstərilməsidir. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır", - o vurğulayıb.
Xəbər lenti
0