Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Pandemiyadan dərs çıxaran azərbaycanlı - hobbidən pul qazanır

© Sputnik / Ibrahim Hashimov22 yaşlı Sərvin Yahyayev
22 yaşlı Sərvin Yahyayev  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Çəkic, mismar və rəngli iplərdən tabloların hazırlanmasını özündə ehtiva edən bu sənət Mərkəzi Asiyada yaransa da, sonradan bütün dünyaya yayılıb.
BAKI, 1 oktyabr – Sputnik. Koronavirus pandemiyası dünyada çox insanı gəlirdən məhrum etsə də, bəzilərinə özlərində yeni bacarıqlar kəşf etmək imkanı yaratdı. Zaqatala sakini Sərvin Yahyayev mismar və rəngli iplərdən üçölçülü tablolar hazırlayır. İyirmi iki yaşlı Sərvin Sputnik Azərbaycan-ın müxbirinə bildirib ki, incəsənətin nadir növlərindən olan strinq-arta marağı məhz pandemiya dövründə yaranıb.
Çəkic, mismar və rəngli iplərdən tabloların hazırlanmasını özündə ehtiva edən bu sənət Mərkəzi Asiyada yaransa da, sonradan bütün dünyaya yayılıb. Lakin böyük həvəs və səbr tələb etdiyindən maraq dairəsindən kənarda qalıb. Orta təhsili olan Sərvini bu istiqamətə yönəldən isə sosial şəbəkələrdəki videolar olub.
© Sputnik / Ibrahim Hashimov22 yaşlı Sərvin Yahyayev
22 yaşlı Sərvin Yahyayev  - Sputnik Azərbaycan, 1920, 30.09.2021
22 yaşlı Sərvin Yahyayev
“Pandemiya dövründə sosial şəbəkələrdə videolara baxırdım. Təsadüfən strinq-art ilə bağlı videolara rast gəldim. Marağımı cəlb etdiyi üçün yoxladım və gördüm ki, məndə alınır. Düzəltdiklərimi qohumlarıma, yaxınlarıma hədiyyə elədim, bəyəndilər. Sonra da sifarişlər gəlməyə başladı. Özüm sosial şəbəkələrin aktiv istifadəçisiyəm. Hazırda sosial şəbəkə vasitəsi ilə sifarişlər alır və onları çatdırıram”, - Sərvin deyir.
Cəmi bir neçə ay ərzində sənətin incəliklərinə yiyələnən Sərvin artıq şifarişləri tamamlamaqda çətinlik çəkir:
© Sputnik / Ibrahim HashimovSərvin Yahyayevin əl işi
22 yaşlı Sərvin Yahyayev  - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Sərvin Yahyayevin əl işi
“Sifariş çoxdur. Tabloda olacaq şəkli sifariş edən də göndərə bilər, özüm də hazırlaya bilərəm. Özüm işləyəndə internet üzərindən şəkli seçib çəkirəm. Qalınlığı 1-1,2 sm olan taxtalar seçərək üzərini vinilləyirəm. Sonra isə şəkli taxtanın üstünə vururam. Şəkillərdən özüm çəkdiyim də olur, printerdən çıxardıqlarım da”.
Sərvin Yahyayev deyir ki, strinq-art ilk baxışdan sadə görünsə də, çox çətin, diqqət tələb edən sənətdir. Çünki istədiyin formanı alındıra bilmək üçün mismarların vurulma yerləri və dərinlikləri düzgün seçilməlidir.
© Sputnik / Ibrahim HashimovSərvin Yahyayevin əl işi
22 yaşlı Sərvin Yahyayev  - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Sərvin Yahyayevin əl işi
“Mismarların ölçüləri var. 3D görüntü alındırmaq üçün mismarlar səthdən 7 mm hündürdə qalmalıdır. Nə az vurmaq olar, nə də çox”, - deyən Sərvin bir əsəri tamamlamaq üçün ona 10-15 gün vaxt lazım olduğunu bildirir. - Elə şəkillər var ki, az mismar gedir. Elə tablo da var ki, 950-dən çox mismar sərf edilib. Onun üzərində 12 gün işləmişəm, amma hələ də yarımçıqdır. 200 mismar işlənənlər isə 3-4 günə ərsəyə gəlib”.
© Sputnik / Ibrahim Hashimov22 yaşlı Sərvin Yahyayev
22 yaşlı Sərvin Yahyayev  - Sputnik Azərbaycan, 1920, 30.09.2021
22 yaşlı Sərvin Yahyayev
3D tabloların qiyməti ölçüsündən asılı olaraq 20 - 300 manat arasında dəyişir. İşlənən mismarların sayı da qiymətə təsir edən amillərdəndir. Sərvinin növbəti hədəfi yaxın vaxtlarda əl işlərini hazırlamaq üçün geniş emalatxana açmaq və əsərlərinin sərgisini təşkil etməkdir.
Xəbər lenti
0